Bakının Nizami küçəsində yanğın baş verib.
AZXEBER.COM xəbər verir ki, yanğın Fəvvarələr meydanında köşklərin birində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının hadisə yerinə cəlb edildiyi və yanğının qısa müddətdə söndürüldüyü bildirilib.










































