Fəxrəddin Manafovdan Rüstəm İbrahimbəyovla bağlı təsirli sözlər
Bütün Xəbərlər
12:16 03.08.2012
1998
"Mən çox danışmaq istəməzdim. Amma məcburam, az danışa bilmərəm. İlk növbədə Rüstəm İbrahimbəyova təşəkkürümü bildirmək istəyirəm. Mən sizin ssenarilərinizlə var olmuşam. Bu qədər çəkilişdən keçmişəm, amma indi çox həyəcanlıyam... İlk dəfə çəkiliş meydançasını, kameraları, kinonu sizin ssenarilərinizlə gördüm. İndi zalda oturub baxıram və təəccüb edirəm. O adamlar ki, bir vaxtlar sizin bir baxışınıza möhtac idilər, indi onları bu zalda görmürəm. Özümə sual verirəm - məgər buna görəmi yanırdıq, gecələri yuxusuz qalırdıq, əzab çəkirdik, ağlayırdıq? Bunların baş verməsi üçünmü? Görünür, bu qeyri-müəyyənlik kiməsə lazımdır. Burada bir tədbir keçirilir, "Nizami" kinoteatrında başqa tədbir. Burada kasıb, amma ruhu olan adamlar oturub, orada isə varlı, lakin ruhu olmayanlar. Biri var asan yaşamaq, biri də var vicdanla yaşamaq. Biz vicdanla yaşayırıq. Çox sağ olun...".