"Facebook"a girən hər kəsə avara deyən deputat cəzalandırılacaq? - Komissiya sədrindən açıqlama

SİYASƏT
16:26 17.04.2017
12090
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadənin ötən gün verdiyi müsahibədə səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. 
 
AZXEBER.COM xəbər verir ki, partiya sədri lent.az-a müsahibəsində onu sosial şəbəkələrdə tənqid edənlərlə bağlı verilən suala cavab verib.
 
Deputat cavabında "facebook"a girənləri avara adlandırıb: "Orda hər yoldankeçən ağzına gələni yazır və mənim də vaxtım yoxdur, elə şeylərlə məşğul olum. Kim kimin haqqında nə yazdı, nə dedi, məni maraqlandırmır. Hər şüursuz adamın yazdığını oxumaq fikrində deyiləm. Çünki feysbukda olanların hamısı avara, işsiz-gücsüz adamlardır".
 
Bəs hazırda ölkəmizdə iki milyon istifadəçi sayı olan "facebook"a girənləri təhqir edən deputatı işlətdiyi ifadəyə görə hansı cəza gözləyir? 
 

Ağacan Abıyev
 
AZXEBER.COM mövzu ilə bağlı Milli Məclisin intizam komissiyasının sədri Ağacan Abıyevdən münasibət öyrənib. Deputat həmkarının fikirləri ilə tanış olmadığını, ancaq məsələnin araşdırıldıqdan sonra komissiyanın iclasında qaldırıla biləcəyini bildirib:
 
"İlk növbədə məsələ araşdırıllmalıdır. Əgər həqiqətən bu cür ifadə işlədilibsə o zaman məsələ komissiyanın iclasında müzakirəyə çıxarıla bilər". 
 
Komissiya sədri "Azərbaycanda hökumət rəsmilərinin və dövlət adamlarının da "facebook" hesabı var, bəs bunu necə qiymətləndirisiniz?" sualını, "araşdırdıqdan sonra qərar verəcəyik" cavabı verib. 
 
Qeyd edək ki, Azərbaycanda bir çox millət vəkillərinin, dövlət rəsmilərinin, rəsmi qurumlarının hər birinin "facebook" adresi mövcuddur. Facebookun Azərbaycan dilinə tərcüməsinə 2008-ci ilin yay aylarından başlanılıb. 2009-cu ildən sayt rəsmi olaraq Azərbaycan dilində də fəaliyyət göstərir. 
 
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir