Fəzail Ağamalı Rövşən Caniyevin ölmədiyini açıqladı

Fəzail Ağamalı Rövşən Caniyevin ölmədiyini açıqladı
Bütün Xəbərlər
12:57 06.02.2013
3195

Tanınmış qanuni oğrunun İstanbuldakı klinikaların birində vəfat etməsi haqqında xəbərlər yayılıb.

AZXEBER.COM-unməlumatına görə,Rusiya mətbuatıötən gün İstanbulda silahlı hücuma məruz qalan Rövşən Canıyevin qaldırıldığı xəstəxanada vəfat etdiyini yazıb.

“Ded Xasan” ləqəbli “qanuni oğru” Aslan Usoyana qarşı sui-qəsdin təşkilində şübhəli sayılan Rövşən Canıyevin Dubaya getmək üçün İstanbula gəldiyi bildirilib.

Musavat.com-un apardığı araşdırma zamanı məlum olub ki, "Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyev Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının qohumudur. Bu səbəbdən avtoritetin ölüm xəbərini dəqiqləşdirmək üçün Fəazil Ağamalı ilə əlaqə saxladıq. O, "Rövşən Lənkəranski" ilə qohumluğunu təsdliqlədi. Partiya sədrinin sözlərinə görə, xəbərlər yayıldıqdan sonra Rövşən Canıyevin qardaşı (Fəzail Ağamalının qardaşı qızı onun həyat yoldaşıdır) ilə əlaqə saxlayıb: "Dəqiqləşdirdim ki, "Rövşən Lənkəranski" sağ-salamatdır. Düzdür, onun həyatı üçün təhlükə var. Amma sui-qəsd barədə məlumatlar yanlışdır".

OXŞAR XƏBƏRLƏR