FHN Bakı sakinlərinə xəbərdarlıq etdi

FHN Bakı sakinlərinə xəbərdarlıq etdi
Bütün Xəbərlər
11:40 30.12.2012
1001
Yeni il şənliklərində insanların kütləvi şəkildə toplaşdığı uşaq evlərində, məktəblərdə, mədəniyyət saraylarında və şəhərin müxtəlif yerlərində şam ağacları qurulur, bayram tədbirləri keçirilir. Bu tədbirlərdə azyaşlı uşaqların və məktəblilərin daha çox iştirak etməsini nəzərə alaraq yanğın təhlükəsizliyi məsələlərinə daha ciddi yanaşmaq lazımdır.Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsindən AzərTAc-a bildiriblər ki, bəzən böyüklər tərəfindən yanğın təhlükəsizliyinə laqeyd münasibət, uşaqların nəzarətsiz qalması, yanğın təhlükəsizliyi qaydalarının pozulması bayram şənliklərinin bədbəxt hadisə ilə bitməsinə gətirib çıxarır. Bu kimi halların qarşısını almaq və qabaqlayıcı tədbirlərin görülməsi üçün əhalinin kütləvi istirahət etdiyi yerlərdə yanğın təhlükəsizliyinə cavabdeh olan şəxslər tərəfindən tələb olunan müvafiq norma və qaydalara əməl olunmalı, insanların həyat və sağlamlıqları üçün təhlükə yaradan amillər aradan qaldırılmalıdır.Yadda saxlamaq lazımdır ki, uşaqların Yeni il şənlikləri zamanı şam ağacının yaxınlığında çıraqban, benqal fişəngləri yandırmaları, atəşfəşanlıq etmələri və odla oynamaları qəti qadağandır. Çünki bu zaman yanğın baş verə bilər. Böyüklər tərəfindən Yeni il şənliyi təşkil edilərkən yanğın təhlükəsizliyi tədbirləri düzgün həyata keçirilməli, müvafiq maarifləndirmə işləri aparılmalı, yanğın təhlükəsizliyi qaydalarına azyaşlılar və məktəblilər tərəfindən əməl olunmasına nəzarət edilməlidir.Yeni ilin rəmzi hesab olunan şam ağacı quraşdırılarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməlidir. İlk növbədə ağac yerə möhkəm bərkidilməli və dayaqlar üzərində elə quraşdırılmalıdır ki, onun budaqları tavana və divarlara toxunmasın. Şam ağacının işıqlandırılması elektrik cərəyanı vasitəsilə və yalnız standartlara uyğun hazırlanmış lampalarla bəzədilməlidir. Bu zaman elektrik cərəyanını aşağı salan transformatorlardan, gərginliyi 12 voltdan, cərəyanı 25 vatdan artıq olmayan işıqlandırılma lampalarından, izolə edilmiş və saz vəziyyətdə olan elektrik şəbəkəsindən istifadə olunmalıdır. İşıqlandırılmada nasazlıq hiss olunduqda, naqillər qızdıqda, lampalar yanıb söndükdə, qığılcım olduqda isə təcili olaraq işıqlandırma qurğusunu elektrik şəbəkəsindən ayırmaq lazımdır.Bunlarla yanaşı, Yeni il şənlikləri keçirilən yerlərdə texnoloji avadanlıqlar, qızdırıcı cihazlar normal iş rejimində olmalı, onlar yanğın cəhətdən təhlükəsiz vəziyyətdə istismar olunmalıdır. Şənlikdən əvvəl bütün təhlükəli nasazlıqlar və qəza halları aradan qaldırılmalı, baş verə biləcək yanğının həcmini və nəticəsini məhdudlaşdıran zəruri müdafiə tədbirləri nəzərdə tutulmalıdır.Yeni il şənliyində yanğın təhlükəsizliyi ilə əlaqədar zəruri tələblərə əməl olunmalıdır. Yeni il şənliyi ən azı iki ehtiyat çıxış yolu və işıqlandırıcı göstəricilərlə təchiz olunmuş otaqda keçirilməlidir. Şam ağacı birinci mərtəbədə olduqda ehtiyat çıxış yolu birbaşa küçəyə, ikinci mərtəbədə olduqda isə qısa dəhlizlə pilləkən qəfəsinə çıxmalıdır. Şam ağacı qurulan binaların divarları, üst örtüyü və arakəsmələri odadavamlı olmalı, otaqların qapıları mütləq çölə açılmalı, tədbir zamanı qapılar açıq saxlanılmalı, qapıların üzərində yaşıl rəngli boya ilə “çıxış” sözü yazılmış göstərici lövhə asılmalıdır. Yeni il şənliyi başlanmazdan əvvəl yanğın təhlükəsizliyinə cavabdeh olan növbətçi otağı diqqətlə yoxlamalı və onun yanğına qarşı təhlükəsizliyinin tam təmin edilməsinə əmin olmalıdır.Tədbir zamanı salonda işığı söndürmək, oturacaqların ara məsafələrini azaltmaq bağlamaq olmaz. Nəzərdə tutulduğundan artıq insan salona buraxılmamalıdır. Yanğın təhlükəsizliyinə cavabdeh növbətçi və yaxud digər vəzifəli şəxslər olmadıqda tədbiri keçirmək qəti qadağandır. Göstərilən qaydalara ciddi riayət etməklə Yeni il şənliklərini daha səmərəli və təhlükəsiz keçirmək olar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
Ermənistanlı nazir İstanbulda Türkiyənin daha bir rəsmisi ilə görüşüb
21:41 28.06.2025
Ermənistanlı nazir İstanbulda Türkiyənin daha bir rəsmisi ilə görüşüb
Le Pen: Makron Fransa parlamentini tezliklə buraxa bilər
21:21 28.06.2025
Le Pen: Makron Fransa parlamentini tezliklə buraxa bilər
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
20:57 28.06.2025
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
20:36 28.06.2025
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu
20:27 28.06.2025
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu