AZXEBER.COM-un məlumatına görə, yanğın nəticəsində sahibkara külli miqdarda ziyan dəyib.Yanğın ümumi sahəsi min kvadrat metr olan fermada ot tayasının saxlandığı anbardan başlanıb. Hadisə yerinə Lənkəran və Masallı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 5 yanğısöndürən maşını və canlı qüvvəsi cəlb edilib. İlkin məlumata görə, 160 tondan çox ot bağlaması yanıb. Həmçinin qatı tüstü səbəbindən, kompleksdə 4 baş at, 300-dən artıq ev quşu boğularaq tələf olub. Yanğın zamanı FHN əməkdaşı Elxan Quliyev tüstüdən zəhərlənib.Hadisə nəticəsində sahibkara külli miqdarda ziyan dəydiyi bildirlir. Yanğının hansı səbəbdən baş verdiyi aparılan ekzpertizanın rəyindən sonra bəlli olacaq.Lənkəranda daha bir yanğın Ürgə kənd sakini 36 yaşlı İlyas Kazımova məxsus fərdi evdə qeydə alınıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinindən 2 yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 143 kv.m olan birmərtəbəli, 4 otaqlı evin 1 otağı içindəki məişət avadanlıqları ilə birlikdə, eləcə də tavanı və dam örtüyü 25 kv.m sahədə yanaraq yararsız vəziyyətə düşüb.İlkin versiya kimi yanğının evdəki elektrik naqillərində baş vermiş qısaqapanmadan qaynaqlandığı güman edilir. Hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.