FHN-in vertalyotları da yanğını söndürməyə çalışır - FOTO

FHN-in vertalyotları da yanğını söndürməyə çalışır - FOTO
Bütün Xəbərlər
12:48 20.07.2012
2879

 Xəbər verdiyimiz kimi, Azərbaycan paytaxtında Heydər Əliyev Mərkəzində yanğın başlayıb.Mərkəzdən qalxan qatı tüstü Hedyər Əliyev prospekti boyunca və Cavanşir körpüsünədək yayılıb. Ətrafı duman kimi bürüyən tüstü səbəbindən görünüş məhdudlaşıb və nəfəs almaq çətinləşib. Ərazidə böyük avtomobil tıxacı yaranıb. Hazırda olay yerinə 50-dək yanğınsöndürən maşın cəlb olunub. Yanğının xüsusi vertolyotlar vasitəsilə söndürülməsinə cəhd edilir. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidovanın APA-ya verdiyi məlumata görə, hadisı yerinə 5 təcili tibbi yardım briqadası göndərilib. Hələlik yanğınla əlaqədar hər hansı şəxsin xəsarət almasına dair müraciət daxil olmayıb. Stansiyadan bildiriblər ki, tüstüdən boğulma hadisələrinin baş vermə ehtimalı olduğundan briqadalar hadisə yerində fəaliyyətini davam etdirilir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov da hadisə yerindədir.

OXŞAR XƏBƏRLƏR