FHN-nin yaradılmasından 7 il ötür

FHN-nin yaradılmasından 7 il ötür
Bütün Xəbərlər
00:09 16.12.2012
983

FHN-in qüvvələri lazımi anda, lazımi yerdə fəlakətlə üzləşən insanların yanında olmağı bacarır

Dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının yeddi ili tamam olur. Mürəkkəb geoloji və iqlim şəraitinə malik olan Azərbaycan Respublikasının ərazisi istər endogen, istərsə də eqzagen hadisələrin miqyasına və intensivliyinə görə dünyanın ən mürəkkəb regionlarından sayılır. Ölkənin demək olar ki, bütün ərazisi seysmik cəhətdən qeyri-sabitdir. Bütün bu şərtlər nəzərə alınaraq Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə Fövqəladə Hallar Nazirliyi yaradılıb. Ötən dövr ərzində nazirlik böyük işlər görüb, uğurlu nəticələr qazanıb. Mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması məqsədi ilə yaradılan nazirlik fövqəladə halların, təbii, texnogen və terror təhlükələrinin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edir. FHN öz fəaliyyətində beynəlxalq təcrübəyə xüsusi əhəmiyyət verir, fövqəladə halların idarə olunması üzrə böyük təcrübəyə malik dövlətlərlə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir. Ötən müddət ərzində nazirliyin maddi-texniki bazasının gücləndirilməsi, kadr hazırlığının artırılması, məlumat mübadiləsinin aparılması və digər sahələrdə məqsədyönlü işlər görülmüş, Belarus, Bolqarıstan, Fransa, Koreya, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna və s. dövlətlərin müvafiq dövlət qurumları ilə, həmçinin BMT, NATO, ATƏT, MDB, Kimyəvi Silahların Qadağan Edilməsi Beynəlxalq Təşkilatı, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Mülki Müdafiə Təşkilatı və digər beynəlxalq və regional təşkilatlarla əlaqələr qurulub. Nazirliyin əməkdaşları təcrübə toplamaq və ixtisas artırmaq məqsədi ilə müxtəlif beynəlxalq konfrans, treninq, seminar, yarış və təlimlərdə iştirak edirlər. Bu gün ixtisaslı kadrlar yetişdirmək, onların peşəkarlıq səviyyəsini artırmaq məqsədi ilə nazirliyin bir qrup əməkdaşı xarici ölkələrdə təhsil alırlar. Nazirliyin “112 zəng mərkəzi”nin operatorları 24 saat ərzində (fasiləsiz) məlumat qəbul edir və operativ tədbirlərin görülməsi üçün müvafiq strukturları xəbərdar edir. FHN-in əməkdaşları nəinki, respublikamızda, eləcə də xarici ölkələrdə baş vermiş təbii fəlakətlərin qarşısının alınmasında da iştirak edirlər. Yüksək dövlət qayğısı ilə əhatə olunmuş FHN-in kollektivi ölkə ərazisində baş verə biləcək hər hansı fövqəladə hadisə barədə vaxtında xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin çevik və səmərəli şəkildə aradan qaldırılması, habelə beynəlxalq çağırışla planetin istənilən nöqtəsində baş verən fəlakətlərin vura biləcəyi ziyanın minimuma endirilməsi üçün bundan sonra da bütün qüvvə və bacarığını səfərbər edəcək. FHN-in qüvvələri lazımi anda, lazımi yerdə fəlakətlə üzləşən insanların yanında olmağı bacarır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ərazilərdə ev tikmək qadağandır - SİYAHI
15:12 07.04.2026
Bu ərazilərdə ev tikmək qadağandır - SİYAHI
Bu şəhərdə pensiyalar ödənildi - RƏSMİ
15:07 07.04.2026
Bu şəhərdə pensiyalar ödənildi - RƏSMİ
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və iki əməkdaşın həbs müddəti uzadıldı
14:49 07.04.2026
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və iki əməkdaşın həbs müddəti uzadıldı
Binadan yıxılan qız ADPU-nun tələbəsi imiş - Foto
14:46 07.04.2026
Binadan yıxılan qız ADPU-nun tələbəsi imiş - Foto
Prezident Muhsin Şentürkü qəbul etdi - Fotolar
14:29 07.04.2026
Prezident Muhsin Şentürkü qəbul etdi - Fotolar
"Dövlət başçısının Gürcüstana səfəri strateji tərəfdaşlığın genişlənməsinə yeni təkan verəcək"
14:27 07.04.2026
"Dövlət başçısının Gürcüstana səfəri strateji tərəfdaşlığın genişlənməsinə yeni təkan verəcək"
Çində yeni təhlükə: Gözə zərər verən virus aşkarlandı
14:08 07.04.2026
Çində yeni təhlükə: Gözə zərər verən virus aşkarlandı
Pezeşkiyandan cəsarətli bəyanat: "Canımı fəda etməyə hazıram"
14:06 07.04.2026
Pezeşkiyandan cəsarətli bəyanat: "Canımı fəda etməyə hazıram"
İstanbulda İsrail Konsulluğunun yaxınlığında atəş səsləri eşidilib - ölən və xəsarət alan var
13:49 07.04.2026
İstanbulda İsrail Konsulluğunun yaxınlığında atəş səsləri eşidilib - ölən və xəsarət alan var
Rəngli uşaq geyimlərində zəhərli maddə təhlükəsi: Qurğuşun aşkarlanıb
13:36 07.04.2026
Rəngli uşaq geyimlərində zəhərli maddə təhlükəsi: Qurğuşun aşkarlanıb
Satbayev Universitetində təhsil alan 29 ADNSU tələbəsi ilə görüş keçirildi - FOTOLAR
13:26 07.04.2026
Satbayev Universitetində təhsil alan 29 ADNSU tələbəsi ilə görüş keçirildi - FOTOLAR
Sabah hava necə olacaq?
13:21 07.04.2026
Sabah hava necə olacaq?
ADNSU “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində təmsil olunub - FOTOLAR
13:20 07.04.2026
ADNSU “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində təmsil olunub - FOTOLAR
"Azərbaycan-Gürcüstan əlaqələri qitələrarası enerji və nəqliyyat bağlantılarında müstəsna rol oynayır"
13:15 07.04.2026
"Azərbaycan-Gürcüstan əlaqələri qitələrarası enerji və nəqliyyat bağlantılarında müstəsna rol oynayır"
Qumarı ilk oynayan qadınlar olubmuş - ARAŞDIRMA
13:15 07.04.2026
Qumarı ilk oynayan qadınlar olubmuş - ARAŞDIRMA
Cinsiyyətini dəyişən qaradərili aktrisa öldürüldü
13:04 07.04.2026
Cinsiyyətini dəyişən qaradərili aktrisa öldürüldü