FHN: Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 7 nəfər xilas edilib

FHN: Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 7 nəfər xilas edilib
SOSİAL
11:36 13.09.2024
106

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 44 halda yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.


FHN-in mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.


Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 7 nəfər xilas olunub.

OXŞAR XƏBƏRLƏR