FHN yanan binaya münasibət bildirdi - RƏSMİ AÇIQLAMA

FHN yanan binaya münasibət bildirdi - RƏSMİ AÇIQLAMA
Bütün Xəbərlər
16:38 01.08.2012
1249
Bu gün Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasında baş vermiş yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi açıqlama yayıb.
AZXEBER.COM-un FHN-nin rəsmi saytına istinadən məlumatına görə, yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Yanğına üçüncü təhlükəlilik dərəcəsi təyin edilib. İlkin məlumata görə, binanın yanar konstruksiyaları 900 kv.m sahədə yanıb. Yanğın saat 14:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Ölən və xəsarət alan olmayıb. Xilasetmə işləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası tərəfindən aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
OXŞAR XƏBƏRLƏR