"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə bu gün mübarizəyə start verib.
"Ağ-qaralar" H qrupunda Yunanıstanın "Mikonos" kollektivinin qonağı olub.
Görüş Bakı təmsilçisinin məğlubiyyəti ilə bitib - 58:78.
Qeyd edək ki, H qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları da yer alıblar.
///report///











































