Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalyada NATO ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində ABŞ-nin Dövlət katibi Marko Rubio ilə görüşüb.
Görüşdə dövlət başçısı səviyyəsində nəzərdə tutulan səfərlər üçün aparılan işlər müzakirə edilib.
Bununla yanaşı, Rusiya-Ukrayna müharibəsinin danışıqlar yolu ilə həlli ətrafında Türkiyə ilə ABŞ-nin son dövrlər həyata keçirdiyi diplomatik təmasların əhəmiyyəti qeyd edilib. Tərəflərin birbaşa danışıqlar aparması üçün səylərin davam etdiriləcəyi bildirilib.
Fələstindəki hadisələrin müzakirə edildiyi görüşdə Hakan Fidan Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması üçün addımların atılmasının vacibliyini vurğulayıb.
/report