FİFA 2026-cı ildən etibarən Dünya Çempionatının hər biri 3 komandadan ibarət 16 qrupdan 48 komanda ilə ümumilikdə 80 oyun şəklində oynanılmasına qərar vermişdi. FİFA sürpriz addım ataraq bu qərarını dəyişib.
AZXEBER.COM xəbər verir ki, FİFA yeni qərar qəbul edərək 2026-cı ildə keçiriləcək dünya çempionatında 4 komandadan ibarət 12 qrupdan ümumilikdə 48 komandanın iştirakını təsdiqləyib.
Buna uyğun olaraq 2026-cı il dünya çempionatında hər biri 4 olmaqla 12 qrup olacaq. Bu qruplarda ilk 2 yeri tutan komandalar və bütün qruplarda 3-cü yeri tutan ən yaxşı 8 komanda son 32 tura yüksələcək.
Bu yolla mundiala vəsiqə qazanan hər bir komandaya ən azı 3 oyun keçirməyə zəmanət veriləcək. Bundan başqa, matçlar arasında istirahət müddəti də uzadılacaq. Kubok zamanı ümumilikdə 104 yarış keçiriləcək.
Bütün matçlar 29 gün ərzində başa çatacaq.
Ayşən