"Fikirlərimi təhrif edib, məni olmadığım insan kimi qələmə verirsiz" - Nura Suri

"Fikirlərimi təhrif edib, məni olmadığım insan kimi qələmə verirsiz" - Nura Suri
MAQAZİN
15:48 04.07.2024
345

Müğənni Nura Suri verilişlərə niyə az-az çıxdığının səbəbini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

Sənətçi son olaraq atıldığı "Zarafatyana" verilişində  sələndirdiyi fikirlərin montaj olunaraq təhrif olunduğunu və onun cəmiyyətə olduğundan fərqli insan kimi tanıdılmasından gileylənib:

"Klassik musiqidən (Vivaldı, Paganini və s.) danışıqlarım ümumiyyətlə yoxdur. Çox fərqli, çoxunun düşünə bilmədiklərini gənclərlə bölüşmüşdüm. Çoxu yayımlanmadı. Bu səbəbdən facebookda yazmağa davam edəcəyəm. Ara-sıra videolar da paylaşacam. Mənim dünyaya baxışım fərqlidir. Müsahibələrim isə kəsilib-doğranılır, haqqımda başqa bir fikir formalaşdırılır. Buna izin verə bilmərəm. Məni olduğum kimi az adam tanıyır. Olmadığım kimi isə təqdim olunmaqdan bezmişəm. Mənim hamı tərəfindən bəyənilmək, sevilmək, başa düşülmək kimi istəyim də yoxdur heç. Amma olmadığım kimi də tanınmaq istəmirəm. Hə, bir də ki, bahalaşma haqqında yazdığım statusdan sonra fərqli müsahibələrim montaj olunuraq sosial şəbəkələrdə paylaşılır. 

Müğənni özünü başqalarına görə təhlükəyə atdığını da deyib: 

Mən avtomobilimə 95 benzin vururam və onun da qiyməti düşüb. Avtobus və metrodan istifadə etmirəm. Yəni ki, başqalarına görə özümü həmişə oda atıram. Yazdığım statuslar mənə ancaq problemlər yaradır. Bunu bilin. Trollar tərəfindən bütün səhifələrdə təhqirlərə məruz qalıram, tədbirlərdən kənar qalıram və daha çox problemlər yaşayıram (bir-bir sadalamaq istəmirəm). Hamını anlamağa çalışıram, amma görürəm ki , insanlara yaxşılıq yoxdur. Ancaq haqqımda layiq olmadığım söhbətlər danışılır. Məni tanımayan, ünsiyyətdə olmadıqlarım da danışır hətta. Səbəbi isə rahat şəkildə hər hansı bir məsələyə fikir bildirə bilməyimdir, yaltaq olmamağımdır, səmimiliyimdir. Bu xüsusiyyətlərimə görə nifrət ediləsi biri olmuşam"- deyə o bildirib. 

Aysel

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: “Mən olmasaydım, İsrail yerlə-yeksan olardı”
15:47 19.06.2026
Tramp: “Mən olmasaydım, İsrail yerlə-yeksan olardı”
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
15:19 19.06.2026
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
15:10 19.06.2026
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
15:03 19.06.2026
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
14:59 19.06.2026
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
14:44 19.06.2026
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
14:33 19.06.2026
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
14:21 19.06.2026
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
14:19 19.06.2026
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
14:15 19.06.2026
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
14:09 19.06.2026
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
13:53 19.06.2026
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
13:38 19.06.2026
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
13:37 19.06.2026
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
13:34 19.06.2026
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
13:28 19.06.2026
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim