Filippin Prezidenti: Yaxın Şərqdəki hadisələr ASEAN ölkələri üçün təhlükə yaradıb

Filippin Prezidenti: Yaxın Şərqdəki hadisələr ASEAN ölkələri üçün təhlükə yaradıb
DÜNYA
09:12 15.11.2026
85
Yaxın Şərqdə vəziyyətin gərginləşməsi Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) dövlətlərinin vətəndaşlarının təhlükəsizliyinə təhdid yaradıb, nəqliyyat əlaqələrində, enerji resursları və ərzaq tədarükündə fasilələrə gətirib çıxarıb.

AZXEBER.COM "Philippine News Agency"yə (PNA) istinadən xəbər verir ki, bu barədə Filippin Prezidenti Ferdinand Romualdez Markos Manilada ASEAN-ın 49-cu sammitinin açılış mərasimində bildirib.

Dövlət başçısı geosiyasi gərginliyi və iqtisadi qeyri-müəyyənliyi ASEAN ölkələri qarşısında duran əsas çağırışlardan biri adlandırıb.

"Bu ilin əvvəlində, Sebuda keçirilən 48-ci ASEAN sammitində biz bu reallıqla üzləşdik: Yaxın Şərqdəki hadisələr ASEAN ölkələri vətəndaşlarının təhlükəsizliyini təhlükə altına alıb, həmçinin nəqliyyat əlaqəsini, enerji daşıyıcıları və ərzaq tədarükünü pozub", - Markos qeyd edib.

Onun sözlərinə görə, regionda vəziyyətin gərginləşməsi fonunda birlik ölkələrinin liderləri təxirəsalınmaz daxili problemlərin həllinə diqqət yetirmək üçün hətta əvvəlki sammitin təxirə salınması imkanını da nəzərdən keçirirdilər.

"Lakin məsləhətləşmələr zamanı biz yekdil rəyə gəldik: qətiyyətli cavab hazırlamaq üçün məhz indi ASEAN sıx birləşməlidir", - Filippin Prezidenti vurğulayıb.
OXŞAR XƏBƏRLƏR