Film çəkilişində cinayət: Tanınmış aktyor yenidən ittiham olunur

Film çəkilişində cinayət: Tanınmış aktyor yenidən ittiham olunur
DÜNYA
15:16 02.02.2024
224
Kino sahəsinin dünya şöhrətli ulduzu, tanınmış aktyor Alek Balvin növbəti dəfə "qəsdən adam öldürmə”də ittiham olunur.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "Rust" filminin operatoru Halyna Hatçnis 2021-ci ilin oktyabrında çəkiliş meydançasında Alek Balvin tərəfindən öldürülüb.
 
2023-cü ilin yanvarında "məcburi adam öldürmə"də ittiham olunan aktyora qarşı ittihamlar 3 ay sonra götürülüb.

Ortaya çıxan yeni dəlillərdən sonra 65 yaşlı aktyor yenidən "qəsdən adam öldürmə” ilə ittiham olunub.
 
Boldvinin vəkilləri "Məhkəmə gününü gözləyirik” deyiblər.
 
Günahı sübut olunarsa, aktyoru 18 aya qədər həbs cəzası gözləyir.

65 yaşlı aktyorun məhkəməyə təqdim etdiyi sənədlərdə ittihamları rədd etdiyi görülüb.

Xatırladaq ki, 2021-ci ildə verdiyi müsahibədə aktyor silahın təhlükəsiz olduğunu düşündüyünü və məsuliyyəti öz üzərinə götürməyəcəyini söyləyib.
  
Mikayıl
OXŞAR XƏBƏRLƏR