Türkiyənin tanınmış filosofu, professor İoanna Kuçuradi vəfat edib.
Filosof 89 yaşında, müalicə aldığı Maltepe Universitetinin Tibb fakültəsinin Təhsil və Araşdırma Xəstəxanasında dünyasını dəyişib.
Məlumata görə, İoanna Kuçuradi ilə vida mərasimi oktyabrın 4-də Maltepe Universitetində keçiriləcək. Filosof həmin gün Şişli Rum Pravoslav qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, İoanna Kuçuradi insan hüquqları, insan fəlsəfəsi və etika sahəsində apardığı araşdırmalarla tanınıb. O, Türkiyə Fəlsəfə Qurumunun sədri, Dünya Fəlsəfə Cəmiyyətləri Federasiyasının fəxri prezidenti olub. Kuçuradi uzun illər insan hüquqları sahəsində müxtəlif milli və beynəlxalq təşkilatlarda fəaliyyət göstərib. O, həmçinin Maltepe Universitetinin İnsan Hüquqları və Fəlsəfəsi Tətbiq və Araşdırma Mərkəzinə və mərkəzin nəzdində fəaliyyət göstərən UNESCO kafedrasına rəhbərlik edib.
///apa.az///











































