Final vaxtı TRT-1 bağlandı

Final vaxtı TRT-1 bağlandı
MEDIA
01:30 10.07.2016
3427
Futbol həvəskarları bu gün baş tutan Avropa çempionatının final oyunundan öncə abunəçilərinə şok yaşayıb.
AZXEBER.COM-un məlumatına görə, final oyununun başlamasına bir neçə dəqiqə qalmış TRT-1 kanalı bağlanıb.
Futbol həvəskarlarının mütləq çoxluğunun oyunları məhz TRT-1-dən izlədiyini nəzərə alsaq, telekanalın nəyə görə belə addım atması maraq doğurur.
Bu addım sosial şəbəkələrdə də böyük narazılıqla qarşılanıb və istifadəçilər bunun əleyhinə statuslar yazıb. 
AZXEBER.COM-un məlumatına görə, telekanal təkcə Azərbaycanda yox, Türkiyədə də şifrəli yayıma keçib.
Tanınmış türkiyəli telejurnalist Ertem Şener isə yazıb ki, bu qərarı TRT yox UEFA verib. 
OXŞAR XƏBƏRLƏR