"Financial Times": ABŞ Britaniyadakı aviabazaya dron hücumunun qarşısını alıb

"Financial Times": ABŞ Britaniyadakı aviabazaya dron hücumunun qarşısını alıb
DÜNYA
11:39 28.11.2026
66
ABŞ hərbçiləri noyabrın 13-də Böyük Britaniyada yerləşən "RAF Lakenheath” aviabazası üzərində müşahidə edilən altı pilotsuz uçuş aparatının qarşısını alıb.

"Financial Times” qəzetinin yaydığı məlumata görə, insidentdə İranın əli ola biləcəyindən şübhə duyulur.

Qəzetin məsələdən məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, ABŞ hərbçiləri pilotsuz uçuş aparatlarını dəf etmək üçün antidron texnologiyasından istifadə ediblər.

Bununla belə, dronların heç biri Britaniya və ya ABŞ hərbçiləri tərəfindən ələ keçirilməyib.

Böyük Britaniyanın Müdafiə Nazirliyinin nümayəndəsi "Reuters"ə açıqlamasında bildirib ki, Müdafiə Nazirliyinin Polisi ABŞ Hərbi Hava Qüvvələrinin təhlükəsizlik qüvvələri ilə birlikdə "RAF Lakenheath” bazasında icazəsiz dron fəaliyyəti barədə məlumatlara operativ reaksiya verib. Onun sözlərinə görə, vəziyyət qısa müddətdə nəzarətə götürülüb və aviabazada təhlükəsizlik tədbirləri normal rejimə qaytarılıb.

İnsident zamanı ABŞ Hərbi Hava Qüvvələrinin şəxsi heyəti naməlum dronların fəaliyyəti ilə bağlı tədbirlər görüb. Hərbi Hava Qüvvələrinin nümayəndəsi hadisə nəticəsində hərbçilərə, təyyarələrə və ya infrastruktur obyektlərinə hər hansı zərər dəymədiyini açıqlayıb.

Qeyd edək ki, sentyabr ayında ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi digər Britaniya aviabazası RAF Fairford ətrafında da təhlükəsizlik insidenti baş verib. ABŞ Prezidenti Donald Tramp ötən ay İranla əlaqələndirilən təhlükə səbəbindən B-1 tipli bombardmançı təyyarələrin bazadan çıxarıldığını bildirmişdi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
12:12 28.11.2026
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
103 yaşlı İkinci Dünya müharibəsi iştirakçısı vəfat etdi
12:03 28.11.2026
103 yaşlı İkinci Dünya müharibəsi iştirakçısı vəfat etdi
"Financial Times": ABŞ Britaniyadakı aviabazaya dron hücumunun qarşısını alıb
11:39 28.11.2026
"Financial Times": ABŞ Britaniyadakı aviabazaya dron hücumunun qarşısını alıb
Azərbaycan lideri Mavritaniya Prezidentinə təbrik məktubu ünvanlayıb
11:29 28.11.2026
Azərbaycan lideri Mavritaniya Prezidentinə təbrik məktubu ünvanlayıb
İlham Əliyev albaniyalı həmkarını təbrik etdi
11:28 28.11.2026
İlham Əliyev albaniyalı həmkarını təbrik etdi
Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi - FOTOLAR
11:26 28.11.2026
Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi - FOTOLAR
18 yaşlı xanım faciəvi şəkildə həyatını itirdi – Ərinin vəziyyəti ağırdır!
11:18 28.11.2026
18 yaşlı xanım faciəvi şəkildə həyatını itirdi – Ərinin vəziyyəti ağırdır!
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?
10:42 28.11.2026
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?
Bu müəllimlərə vacib xəbər - GƏLƏN AY...
10:24 28.11.2026
Bu müəllimlərə vacib xəbər - GƏLƏN AY...
Səlim Müslümova ağır itki
10:07 28.11.2026
Səlim Müslümova ağır itki
Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i, "Sabah" "Araz-Naxçıvan"ı qəbul edəcək
09:05 28.11.2026
Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i, "Sabah" "Araz-Naxçıvan"ı qəbul edəcək
"İnter Mayami" "Kolumbus"a məğlub olaraq MLS-in pley-off mərhələsini tərk edib
08:40 28.11.2026
"İnter Mayami" "Kolumbus"a məğlub olaraq MLS-in pley-off mərhələsini tərk edib
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
08:23 28.11.2026
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
"OpenAI" "Apple" şirkətini ticarət sirlərinin oğurluğunda ittiham edərək, iddia qaldırıb
08:16 28.11.2026
"OpenAI" "Apple" şirkətini ticarət sirlərinin oğurluğunda ittiham edərək, iddia qaldırıb
İran HDQ: ABŞ-nin blokadasını pozmaq üçün əməliyyatlar aparılır
08:10 28.11.2026
İran HDQ: ABŞ-nin blokadasını pozmaq üçün əməliyyatlar aparılır
ABŞ Fars körfəzindəki qüvvələrini İsrail və İordaniyaya köçürə bilər
08:03 28.11.2026
ABŞ Fars körfəzindəki qüvvələrini İsrail və İordaniyaya köçürə bilər