Finlandiya Ottava müqaviləsindən çıxır

Finlandiya Ottava müqaviləsindən çıxır
DÜNYA
16:05 19.06.2025
513
Finlandiya Rusiyanın təhlükəsizliklə bağlı narahatlığına görə piyada əleyhinə minaların istifadəsini qadağan edən Ottava müqaviləsindən çıxmaq qərarına gəlib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Finlandiya parlamentində piyada əleyhinə minalardan istifadəni qadağan edən Ottava müqaviləsindən çıxmaq üçün səsvermə keçirilib.

175 deputatın iştirak etdiyi səsvermədə Ottava müqaviləsindən çıxmaq qərarı 157 "hə” və 18 "xeyr” səsi ilə təsdiqlənib.

Qərar prezident tərəfindən təsdiqlənməlidir. Finlandiya Birləşmiş Millətlər Təşkilatına (BMT) və digər iştirakçı ölkələrə qərar barədə məlumat verdikdən 6 ay sonra ehtiyat toplama və mina qoymaq hüququ qazanacaq.

Parlamentin Xarici Əlaqələr Komitəsinin hökumətin Ottava Müqaviləsindən çıxmaq təklifi ilə bağlı hazırladığı hesabatda minaların Finlandiya üçün müdafiə vasitəsi olduğu və zəifləyən təhlükəsizlik mühitində zəruri hala gəldiyi vurğulanıb.

Qeyd edək ki, Polşa, Litva, Estoniya və Latviya da bölgədəki təhlükəsizlik narahatlıqları səbəbiylə Ottava müqaviləsindən çıxmağı planlaşdırdıqlarını açıqlamışdı.
 
Gülay
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi