Finlandiya Prezidenti: Avropa Ukrayna danışıqlarında vasitəçi olub

Finlandiya Prezidenti: Avropa Ukrayna danışıqlarında vasitəçi olub
DÜNYA
03:05 22.05.2025
769
Avropa indi Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda vasitəçi rolunu oynayır.

Bunu Finlandiya Prezidenti Aleksandr Stubb "Yle” nəşrinə müsahibəsində deyib.

"Daha çox vasitəçilər var: əvvəllər bu rolu yalnız ABŞ oynayırdı, indi Avropa da iştirak edir. ABŞ bu münaqişədə vasitəçilik rolundan əl çəkməyib", - o deyib.

Stubb danışıqlarda iştirak baxımından Avropa üçün vəziyyətin yaxşı olduğunu, döyüşlərin dayandırılması və gələcək sülh sazişi ilə bağlı müzakirələrə qoşulmaq istədiyini bildirib.
 
///Report
OXŞAR XƏBƏRLƏR