Finlandiya Ukraynaya 290 milyon avro dəyərində 34-cü hərbi yardım paketini göndərəcək

Finlandiya Ukraynaya 290 milyon avro dəyərində 34-cü hərbi yardım paketini göndərəcək
DÜNYA
19:28 15.09.2026
98
Finlandiya Ukraynaya ümumi dəyəri təxminən 290 milyon avro olan 34-cü maddi-texniki yardım paketini göndərəcək.

Yeni paketə Ukraynanın tərəfdaşlarından təcili olaraq tələb etdiyi texnika daxil edilib.

Bu yardım paketi dəyərinə görə Finlandiyanın Ukraynaya indiyədək göndərdiyi ən böyük ikinci yardım olacaq. Müharibə başlayandan bəri ölkə tərəfindən Ukraynaya verilən hərbi texnikanın ümumi dəyəri 3,6 milyard avroya çatıb.

Finlandiyanın müdafiə naziri Antti Hakkanen bildirib ki, ölkə Ukraynanı hərbi texnika və öz müdafiə sənayesi məhsullarının tədarükü hesabına dəstəkləməyə davam edəcək.
 
///report
OXŞAR XƏBƏRLƏR