Finlandiyada iki helikopter toqquşub, 5 nəfər həlak olub

Finlandiyada iki helikopter toqquşub, 5 nəfər həlak olub
DÜNYA
04:16 18.05.2025
343
Finlandiyanın qərbində yerləşən Eura aerodromu yaxınlığında iki helikopterin toqquşması nəticəsində 5 nəfər həlak olub.

Bu barədə Estoniya Dövlət Televiziya və Radio Şirkəti məlumat yayıb.

Bildirilib ki, helikopterlər Tallindən havaya qalxaraq Satakunta bölgəsində yerləşən Kokemyaki şəhərindəki aerodroma istiqamətlənib.

Helikopterlərin qalıqları bir-birindən təxminən 100 metr məsafədə aşkar edilib.
 
///Apa
OXŞAR XƏBƏRLƏR