Fırıldaqçı ekstransensi ifşa edən baş redaktor hədələndi

Fırıldaqçı ekstransensi ifşa edən baş redaktor hədələndi
MEDIA
02:19 14.02.2015
2525
Bu günlərdə DİN əməkdaşları tərəfindən dələduzluq maddəsi ilə həbs edilmiş vəözünü “Həzrəti Sabir” kimi təqdim edən Sabir Abbasovu sosial şəbəkədə tənqid etdiyinə görə Yenilik.Az İnternet Qəzetinin baş redaktoru Xanlar Xoca hədələnib.
AZXEBER.COM xəbər verir ki, Facebookda Qalib Əsgərov adı ilə qeydiyyatdan keçən istifadəçi Xanlar Xocanın sosial şəbəkədəki səhifəsində hədələyici rəy yazıb və yaxın vaxtlarda cəzalandırılacağını bildirib. 
Baş redaktor deyib ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək.
OXŞAR XƏBƏRLƏR