Fırıldaqçı gəlin hamını doladı

DÜNYA
09:02 31.07.2012
2606
22 yaşlı britaniyalı Deniel Hovard arzularındakı toyla ərə getmək üçün yalan və fırıldaq yolu ilə 16 min dollar toplayıb
O, dostlarıyla xeyriyyəçiləri aldadaraq xərçəng xəstəsi olduğunu demişdi."The Sun" bildirir ki, Deniel bu ilin aprelində Kris Hovarda ərə gedib.İngiltərənin Esseks qraflığının sakini, özünü xərçəng xəstəsi kimi qələmə verərək toyuna pul yığmış Denieli həbs ediblər.Onun toyu sosial şəbəkələr vasitəsilə toplanmış ianələr hesabına olmuşdu."Ölümcül xəstə" olan nişanlı qız barədə ilk informasiya yerli qəzetdə peyda oldu. Sonra isə Hovard və onun ailə üzvləri internetdə pul yığmağa başladılar.

OXŞAR XƏBƏRLƏR