Firmanın ofisindən 21 min manat oğurlayan dəstə yaxalandı
Bütün Xəbərlər
11:45 11.04.2012
1137
Bakıda dərman firmasının ofisindən 21 min manat oğurlayan dəstə üzvləri saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, aprelin 5-nə keçən gecə Bakı şəhər sakini Hamlet Mehdizadəyə məxsus Moskva prospektində yerləşən "Loğman Farm" MMC-nin ofisindən dəmir barmaqlıqları sındırma yolu ilə 21 min manat oğurlanıb.