Firudin Qurbanov BSU-nun tələbələri ilə görüş keçirdi

Firudin Qurbanov BSU-nun tələbələri ilə görüş keçirdi
SOSİAL
16:30 12.12.2025
259
Dekabrın 11-də Bakı Slavyan Universitetində (BSU) elm  və təhsil nazirinin müavini Firudin Qurbanov universitetin tələbələri ilə görüşüb.

AZXEBER.COM xəbər verir ki, açılış nitqində rektor Anar Nağıyev Azərbaycan gəncliyinin ölkəmizin gələcək inkişafında rolunun xüsusi əhəmiyyətini vurğulayıb. Anar Nağıyev gənclərin ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ideyalarına sadiq, Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf və Zəfər yoluna layiq vətəndaşlar kimi formalaşmasının vacibliyini qeyd edib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında ölkəmizin ən çətin dövrlərində xalqın tələbi  ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafında müstəsna rolunu vurğulayıb. Firudin Qurbanov qeyd edib ki, bu gün güclü iqtisadiyyata malik olmağımızın təməli məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və onun layiqli davamçısı, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanda güclü, eləcə də dayanıqlı iqtisadiyyat formalaşdırılıb.

Nazir müavini çıxışında Heydər Əliyevin təhsilə və gənclərə daim xüsusi diqqət göstərdiyini qeyd edərək bildirib ki, məhz ulu öndərin uzaqgörən siyasəti və Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qələbə qazanaraq qalib xalq kimi tarixə düşdü. Nazir müavini vurğulayıb ki, Vətən müharibəsində təhsil işçilərinin də fəal iştirakı təhsil müəssisələrində vətənpərvərlik tərbiyəsinin yüksək səviyyədə həyata keçirildiyini bir daha sübut edir. Bundan əlavə, ana dili biliklərinə göstərilən diqqət də ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasətinin mühüm istiqamətlərindən biridir.

Nazir müavini Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələr və proqramlar barədə məlumat verib, işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işləri xüsusi vurğulayıb.

Çıxışının davamında nazir müavini gənclərin ölkənin gələcək inkişafındakı rolunu, müasir texnologiyaların və sosial şəbəkələrin təsirini, insan kapitalının formalaşdırılmasının əhəmiyyətini, peşə təhsili və yaradıcı təfəkkürün inkişafdakı rolunu qeyd edib və innovasiya mühitinin formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb. 

Sual-cavab formatında davam edən görüşdə tələbələrin çoxsaylı sualları cavablandırılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı