Uşaqların çox fiziki fəaliyyətlə məşğul olması onların məktəbdəki uğurlarına müsbət yöndə təsir göstərir.
Amerika Birləşmiş Ştatları, Kanada və Cənubi Afrikada aparılan araşdırmaların nəticələri bunu göstərir. AZXEBER.COM portalının məlumatına görə, araşdırmalar fiziki fəaliyyət ilə məktəb uğurları arasındakı müsbət əlaqəni ortaya çıxarıb. Araşdırmalar çərçivəsində 16-18 yaş arası minlərlə məktəblinin idmanla məşğul olmağa öyrəşməsinə təkan verir.
Nəticələr fiziki çalışmaların beynə qan və oksigen axınını artırdığını və insanın əhvalına müsbət təsir göstərdiyini ortaya çıxarıb. Buna görə də fiziki çalışmalar həm stresi azaldır, həm də məktəblilərin dərslərində ciddi olmalarına təsir göstərir. Araşdırmaları dəyərləndirən holland ekspertləri də uşaqların gündə ən azı bir saatlarını idmanla keçirmələrinin əhəmiyyətli olduğunu vurğulayıblar. Mövzuyla bağlı ekspertlərin araşdırmaları davam edir.