Fiziki məhdudiyyətli şəxslər üçün internet saytı yaradıldı

Fiziki məhdudiyyətli şəxslər üçün internet saytı yaradıldı
GƏNCLİK
19:39 16.12.2011
2833
Bu gündən etibarən fiziki məhdudiyyətləri olan şəxslər üçün xüsusi internet səhifəsi fəaliyyətə başladı. 16 dekabrda media nümayəndələrinin iştirakı ilə ictimayətə təqdim olunan www.engelsiz.az saytı hərəkət etmək, görmək, eşitmək, danışmaqda çətinlik çəkən şəxslərə bir çox sahədə dəstək olacaq. İnternet səhifəsini bir neçə gəncdən ibarət “Əngəlsiz Həyat” təşəbbüs qrupu yaradıb. Qrupun üzvlərindən biri və bu ideyanın müəllifi olan Tural Əlisoy özü də fiziki məhdudiyyəti olan şəxsdir. Layihə müəlliflərinin bu işdə maddi maraqları yoxdur. Onlar Tural kimi Azərbaycanda sayları minlərlə olan fiziki məhdudiyyətləri olan şəxslərə dəstək olmaq niyyətindədirlər.“Əngəlsiz Həyat” layihəsinin əsas məqsədi fiziki məhdudiyyəti olan şəxslərin aktiv sosial həyata inteqrasiyasına dəstək olmaqdır. Sayt vasitəsilə həmin şəxslərə öz bilik, bacarıq və qabiliyyətlərinə uyğun iş tapmaqda kömək olunacaq. Layihə həmçinin fiziki məhdudiyyətləri olan insanların təhsil almasına (treyninq və kurslar, təhsil materialları, görmə qabiliyyəti məhdud olan şəxslər üçün xüsusi kitablar və materiallar, həmçinin hərəkət üçün vasitələr ilə təmin edilməsinə) dəstək olacaq.Azərbaycanda fiziki məhdudiyyətləri olan şəxslərin qarşısında hər sahədə əngəl olan amillərin aradan qaldırılmasına çalışılacaq. “Əngəlsiz Həyat” layihəsi sayt vasitəsilə həm də cəmiyyəti maarifləndirərək digər insanların fiziki məhdudiyyətləri olan şəxslərə qarşı daha anlayışlı olmalarına kömək edəcək. Sayt öz bilik, bacarıq, təcrübə və maddi imkanlarından istifadə edərək fiziki məhdudiyyətləri olan şəxslərə dəstək olmaq istəyənlər üçün körpü rolunu da oynayacaq. Təşəbbüs qrupu arzu edən hər kəsi layihəyə qoşulmağa, fiziki məhdudiyyətləri olan insanlar qarşısındakı əngəlləri dağıtmağa dəstək olmağa dəvət edir.Transitons Online (TOL) və IREX təşkilatları layihəyə dəstək verirlər.Yeriməkdə çətinlik çəkən müğənni Murad Sadıx da saytın təqdimetmə mərasiminə qatılmışdı. Müğənni fiziki məhdudiyyətləri ilə barışıq halda necə yaşadığını və necə uğur qazandığı barədə danışdı. Bütün fiziki məhdudiyyətli şəxslərə səslənərək bildirdi ki, bədən üzvlərinin hər hansı birinin tam fəaliyyətdə olmaması insanın qarşısında heç vaxt əngəl deyil.Qeyd edək ki, “Əngəlsiz Həyat” layihəsinin ideyası 2011-ci ilin iyulunda, Transitions Online təşkilatının təşəbbüsü ilə keçirilən Sosial Yeniliklər Düşərgəsində irəli sürülüb. İdeyanın müəllifi fiziki məhdudiyyətli gənc olan Tural Əlisoydur. Layihə çərçivəsində www.engelsiz.az İnternet səhifəsinin yaradılması və sayt vasitəsilə fiziki məhdudiyyəti olan şəxslərin aktiv sosial həyata inteqrasiyasına dəstək olmaq nəzərdə tutulub. www.engelsiz.az saytı vasitəsilə fiziki məhdudiyyətli şəxslərə öz bilik, bacarıq və qabiliyyətlərinə uyğun iş tapmaqda və təhsil almaqda kömək olunacaq. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclik parkına yaxın hazır binada mənzillər alıcıların diqqətində
15:46 21.08.2026
Gənclik parkına yaxın hazır binada mənzillər alıcıların diqqətində
Ayan Qəmbərova: "Məqsədimiz peşəkar qiymətləndirici korpusu formalaşdırmaqdır"
15:42 21.08.2026
Ayan Qəmbərova: "Məqsədimiz peşəkar qiymətləndirici korpusu formalaşdırmaqdır"
Bu dövlət qurumunda 11 rəis VƏZİFƏSİ BOŞDUR - SİYAHI
15:39 21.08.2026
Bu dövlət qurumunda 11 rəis VƏZİFƏSİ BOŞDUR - SİYAHI
Prezident TRIPP üçün Özbəkistanın rolunu açıqladı
15:33 21.08.2026
Prezident TRIPP üçün Özbəkistanın rolunu açıqladı
“Uzak Şehir” bu tarixdən başlayır
15:21 21.08.2026
“Uzak Şehir” bu tarixdən başlayır
“Əvvəl 4 kilo ət alırdısa...” - Bahalaşma ailələrin büdcəsini necə dəyişdi?
15:14 21.08.2026
“Əvvəl 4 kilo ət alırdısa...” - Bahalaşma ailələrin büdcəsini necə dəyişdi?
Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO
15:11 21.08.2026
Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
15:06 21.08.2026
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
Son qolunu vurmaq üçün meydana çıxacaq
15:03 21.08.2026
Son qolunu vurmaq üçün meydana çıxacaq
“Sosial şəbəkələrdən istifadə və bunun cəmiyyətə təsiri” sosioloji sorğunun nəticələri
14:50 21.08.2026
“Sosial şəbəkələrdən istifadə və bunun cəmiyyətə təsiri” sosioloji sorğunun nəticələri
İcra başçısı yeni salınmış intensiv meyvə bağı ilə tanış oldu - FOTOLAR
14:39 21.08.2026
İcra başçısı yeni salınmış intensiv meyvə bağı ilə tanış oldu - FOTOLAR
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
14:24 21.08.2026
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?