"Milli.az"-in verdiyi məlumata görə, lhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli açıqlama verərək bildirib ki, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə xalq artisti İlhamə Quliyevanın xalq artisti Flora Kərimovaya qarşı şərəf və ləyaqətin müdafiəsi, işgüzar nüfuzun aşağı salınması ilə bağlı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi üzrə mülkü işə baxılıb.Flora Kərimova İlhamə Quliyevaya mənəvi ziyan vurduğu üçün məhkəmənin qərarı ilə 3000 manat məbləğində cərimə edilib.Mətbuat katibi əlavə edib ki, Flora Kərimovadan mənəvi ziyanla əlaqədar alınacaq 3000 manatı İ.Quliyeva qocalar evinin hesabına keçirəcək. Öz açıqlamasında isə Flora xanım, illərdən bəri küsülü olduğu həmkarı İlhamə Quliyevanın məhkəmədən qalib çıxmasına münasibət bildirərək özünün təqaüdçü olduğunu və 40 manat təqaüd aldığını deyib. "İlhamə Quliyevanın 3000 manatı məndən alması üçün ömrü çatacaq, ya yox?".Xatırladaq ki, iki xalq artisti - İlhamə Quliyeva ilə Flora Kərimova arasında məhkəmə prosesi 4 ilidir ki, davam edirdi.