"FLY İNN BAKU" hotelində jurnalistlər üçün bayram təşkil edildi - VİDEO

"FLY İNN BAKU" hotelində jurnalistlər üçün bayram təşkil edildi - VİDEO
SOSİAL
11:55 25.07.2021
784
Ən zövqlülərdən olan "FLY İNN BAKU” hotelində jurnalistlər üçün bayram tədbiri təşkil edilib. 

Milli Mətbuat Günü ilə əlaqədar keçirilmiş "MEDIA PARTY By Gazelli Group” maraqlı anlarla yadda qalıb. 

50 jurnalistin iştirak etdiyi tədbir pandemiya qaydalarına uyğun olaraq təşkil edilib. Bayram axşamı maraqlı əyləncələr, uduşlu müsabiqələr və gözəl abu-havası ilə yadda qaldı. 

Lotereya uduşları arasında "Fly İnn Baku” hotelində istirahət və SPA xidmətləri əhatə edən hədiyyə vauçeri də var idi. Bu vauçerin sahibi əməkdar jurnalist Elnarə Dərziyeva oldu. 

"Fly İnn Baku”-nun daxil olduğu "Hotels Group” MMC-nin direktoru Nigar Ramazanovanın sözlərinə görə, oteldə gözəl və unudulmaz istirahət üçün hər bir lazımlı şərait yaradılıb: "Beynəlxalq standartlara cavab verən 205 qonaq otağı və 3 apartament burada hər kəsin rahat və yüksək xidmətlə istirahətinə imkan verir.  Oteldə qapalı və açıq məkanda hovuz, eyni zamanda Spa mərkəzi və idman zalı da fəaliyyət göstərir. Bundan əlavə biznes tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulmuş, ən böyüyün ərazisi 243 kv. metr olan, 5 konfrans zalı da müştərilərə təqdim olunur, - deyə N.Ramazanova əlavə edib. 

Bir sözlə "Fly İnn” hoteli istər ailəvi istirahət, istərsə də biznes tədbirləri üçün ən unikal və uyğun məkanlardandır.

Tədbirdən hazırlanmış videonu təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR