Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb

Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
DÜNYA
23:52 31.10.2026
209
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk 6 iyun 2024-cü ildən husilərin əsirliyində saxlanılan BMT-nin İnsan Hüquqları İdarəsinin Yəməndəki əməkdaşı Məhəmməd əl-Şaminin öldüyünü açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, bu, Türk bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb.

"Mən uzun illər ərzində husilər tərəfindən qanunsuz olaraq həbsdə saxlanılan yəmənli həmkarımız Məhəmməd əl-Şaminin ölümündən sarsılmışam. Mən onun ölümünün dərhal araşdırılmasına çağırıram. Məhəmmədin ailəsi həqiqəti bilməyə layiqdir", - o yazıb.

BMT-nin saytındakı bəyanatda bildirilib ki, Əl-Şami bir neçə aydır vəfat edib, lakin onun ailəsinə bu barədə yalnız bu yaxınlarda məlumat verilib.
OXŞAR XƏBƏRLƏR