2014-2015-ci il tədris mövsümünün sonuna günlər qalıb.
Məktəblər 2014-2015-ci il tədris mövsümünü necə başa vurur? Şagirdlərin bilk səviyyəsi, dərsliklərin müəllimlər və şagirdlər üçün yaratdığı çətiniklərlə yerində tanış olmaq üçün Ölkə.Az-ın çəkiliş qrupu Bakı məktəblərindən birinə getməyi qərara alır.
Bakının ən köhnə məktəblərindən biri, 1928-ci ildə tikilmiş, İkinci dünya müharibəsi dövründə hərbi hospital kimi fəaliyyət göstərmiş, müharibədən sonra isə yenidən təhsil ocağı kimi fəaliyyətini davam etirən
Bakının Sabunçu rayonunda xalq arasında fəhlə qəsəbəsi adlandırılan ərazidəki 170 saylı orta məktəbə gedirik.
Məktəbin əsas binası 2011-2013-cü ildə prezident İlahm Əliyevin sərəncamı əsasında yenidən əsaslı təmir edilib. Məktəbin ikinci binası, idman zalı, su ambarı yenidən inşa edilməkdədir.
Məktəbdə bizi drektor Nuranə Mirzəyeva qarşılayır. Nuranə xanım məktəbdəki şəraitlə bizi tanış edir.
Direktorla məktəb, şagirdlər, valideyinlər, təhsil səviyyəsi, dərsliklər barədə söhbət edirik...
Drektor bildirir ki, bu bina əslində məktəb üçün nəzərdə tutulmayıb. 1918-ci ildə tikilən bu bina məktb kimi fəaliyyət göstərib, sonradan müharibə dövründə hospital olub, müharibədən sonra isə yenidən bura məktəb kimi öz fəaliyyətini davam etdirib. Məktəb 720 nəfərlikdir, ancaq məktəbdə 763 şagirdimiz var.
- Məktəbi bitirənlərin neçə faizi ali məktəblərə qəbul olur?
- Ali məktblərə qəbul olunanlar 40-50% təşkil edir. Hər il bir şagirdimiz 600-dən çox bal yığır, 4-5 şagirdimiz isə 500-dən çox bal yığır.
- Bu günkü təhsilimizi repititorlarsız təsəvvür etmək olar?
- Əksər valideyinlər elə bilir ki, uşaqları repititor yanına gedəndə ali məktəbə girəcək. Ancaq valideyinlər bilməlidir ki, dərslər eynidir, sadəcə uşaqları məktəbdə müəllimlərin dediyini edərsə, mütləq ali məktəbə qəbul ola bilərlər. Bizim məktəbdə savadlı müəllimlərimiz çoxdur.
- "Fond pulu", "süpürgə pulu" və digər yığılan "pullarla" bağlı valideyinlər narazılıqlarını bildirirlər. Bu məsələ sizin məktəbdə nə yerdədir?
- Bizim məktbdə belə bir şey yoxdur. Məktəbimizdə fond pulu yoxdur. Fond pulunu nə müəllim nə də valideyin yığa bilməz. Fond pulunu valideyin-müəllim assosiasiyası olur, o yığa bilər, əgər o qurum yoxdursa heç kimin ixtiyarı yoxdur ki, fond pulu yığsın. Bizim məktəbdə valideyin-müəllim assosasiyası yoxdur. Nazirimizin bizə əsas tapşırığı uşaqları küçədən məktəbə cəlb etməkdir.
- Ümumi götürəndə vətəndaşlarımızın savad səviyyəsi sizi qane edir?
- Yox! Amma indi yetişən nəsil savadlı nəsil olacaq. Texnologiya çox inkişaf edib.
- Hər məktəbdə olduğu kimi yəqin sizin məktəbdə də dəcəl uşaqlar var...
- Dəcəl uşaqlar olmasa məktəbin marağı olmaz. Dəcəl uşaqları məktəbdən kənar tədbirlərə cəlb edirik. Dəcəl uşaq aktiv uşaq deməkdir.
- Müəllimlərin maaşı necə, sizi qae edir?
- İndi qane edir.
- Qızlar yaxşı oxuyur, yoxsa oğlanlar?
- Qızlar. Qızlar son dönəmlər daha yaxşı oxuyurlar. Xüsusi ilə də xarici dilləri daha tez qavrayırlar.
Direktorla birlikdə gedirik birinci siniflərlə tanışlığa...
Sinifə daxil olan kimi hamısı ayağa qalxır, eyni vaxta "salam" deyir, "yaxşıyıq" deyirlər. Müəllim şagirdləri yoxlamaq üçün suallar verir. Cavab vermək üçün uşaqlar qollarını yelləyirlər. Uşaqlar çox şən və öyrənməyə meyilli görsənirlər.
Sinif müəlliməsi Əzimova Tamam ilə söhbət edirik. Müəllimə öncə şagirdlərinin həvəsli olmasından danışır, sonra isə keçir tədris vasitələrinə.
Müəllimə bildirir ki, 1-4-cü siniflər arasında olan dərsliklərdə nə 20 yanvar, nə Xocalı haqqında he çnə yoxdur. Bunu dəfələrlə təklif etmişik. Düzdür o tarixlər gələndə şagirdlərimizə hər şeyi deyirik, ancaq bunlar dərsliklərə də salınmalıdır. Erməni uşağına lap körpəlikdən "Türk sənin düşmənindir" öyrədirlər, niyə biz də öyrətməyək? 20 yanvar gələndə bununla bağlı özümüz qısa da uşaqlara danışırıq. Bu faciə ilə bağlı heç olmasa 3 dərs salmalıdırlar ki, şagirdlərimizə bu faciəni geniş izah edə bilək.
- Valideyinlərdən necə razısınız?
- İndiki valideyinlərdən razı deyiləm. İndiki valideyinlər yeni təhsil sistemi ilə uyğunlaşa bilmirlər. Valideyinlər bilmir "Kurikulum" nədir. Gəlirlər üstümüzə ki, müəllim bu gün niyə qiymət yazmamısız uşağa? Axı bizdə indi qiymət yoxdu, indi ancaq sözdü. Valideyinlər deyir, müəllimə sən bizi yorursan, o kitabı axtar, internetdən o materialı topla... İnanırsınız, həftədə bir dəfə valideyinləri yığıb məktəbə dərs keçirəm, çoxusu sovet təhsil sisteminin təsirindən hələ də çıxa bilməyib.
- Müəllimə, valideyinlərin ən çox narazıçılıq etdiyi şeylərdən biri də şagirdlərin çantalarının ağırlığıdır.
- Bəli dərs vəsaitlərinin sayı həddindən artıq çoxdur. Mikayıl Cabbarov nazir təyin ediləndən sonra hələ bir az azalıb. Elə şagirdlər də var ki, hətta sumkasını daşıya bilmir.Uşaqlarla sağollaşırıq, yenə hamısı xorla "sağ olun" deyirlər. Adamın gözündə məktəb xatirələri canlanır...
1-ci siniflərin otağından çıxıb üzbəüz otaqdakı 4-cü sinif şagirdlərinin oxuduğu otağa doğru gedirik.
Qapıdan baxırıq, uşaqlar gəlməyimizdən xəbərsizdilər. Kimisi oxuyur, kimsi yazır. Sinifə daxil oluruq. Uşaqlar eynən 1-ci siniflərdə olduğu kimi xorla "salam", "yaxşıyıq" deyir.
Sinif müəllimi ilə söhbət edirik. Şagirdlərdən razılıq edir. Müəllimə şagirdlərinin oxumağa meyilli olduğunu bildirir. 28 ilin müəllimiyəm, son illər uşaqlarnı oxumağa daha çox meyilli olduğunu görürəm.
- Müəllim, dərs vəsaitlərindən razsınız?
- Dərs vəsaitləri ilə bağlı həmişə iradlarımızı bildirmişik ki, təkmilləşdirilsin. Xüsusən ana dili dərsliyi çox bərbad vəziyyətdədir.
Uşaqlarla sağollaşıb məktəbin digər otaqlarını gəzirik. Məkəbin bufeti kiçik olsa da çox təmizdir. Uşaqlar burdan şirniyat, kolbasa və digər şeylər alıb yeyirlər. Bufetdən çıxıb məktəbin tibb məntəqəsinə gedirik. Burada da hər yer səliqəlidir. Drektor bildirir ki, hər gün saat 2-yə qədər poliklinkanın bir tibb bacısı məktəbdə olur, uşaqların səhhəti ilə maraqlanır.
Məktəbdən çıxırıq. Çöldə ustalar işləyir. Bura fəhlə qəsəbəsi olsa da məktəbi çox əzəmətli görsənir. Ümid edək ki, bu əzəmətli binadan vətəninə, millətinə xeyir verən şəxsiyyətlər çıxacaq...