ABŞ-ın avtomobil istehsalçısı "Ford" süni intellektdən istifadəyə əsaslanan iş optimallaşdırılması qərarına yenidən baxıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, şirkətin bir müddət əvvəl süni intellektin müəyyən vəzifələri daha səmərəli yerinə yetirəcəyini düşünərək ixtisar etdiyi bəzi əməkdaşlar yenidən işə qəbul olunub.
Məlumata görə, praktiki təcrübə göstərib ki, süni intellekt bir sıra iş proseslərini sürətləndirsə də, insan təcrübəsi, qərarvermə bacarığı və mürəkkəb tapşırıqların icrasında tam əvəzləyici ola bilmir. Bu səbəbdən şirkət bəzi şöbələrdə ixtisar edilən əməkdaşları geri qaytarmaq qərarı verib.
Mütəxəssislər hesab edirlər ki, bu addım süni intellekt texnologiyalarının hazırkı imkanlarının hələ də insan əməyini tam əvəz etmədiyini bir daha göstərir. Son illər bir çox iri şirkətlər iş proseslərində AI həllərini tətbiq etsələr də, bir sıra sahələrdə insan faktorunun əhəmiyyəti qorunub saxlanılır.
Aysel











































