Formula 1 Azərbaycan Qran-Prisinin vaxtı dəyişdiriləcək? - AÇIQLAMA

Formula 1 Azərbaycan Qran-Prisinin vaxtı dəyişdiriləcək? - AÇIQLAMA
İDMAN
21:39 14.05.2021
713
"Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov iyunun 4-6-da Bakıda 5-ci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə sayılı günlərin qaldığı ərəfədə avtoidman dünyasının aparıcı media qurumlarına geniş məzmunda müsahibə verib.

BŞH-dən bildiriblər ki, müsahibədə "Reuters” xəbər agentliyi və "ESPN” idman kanalı ilə yanaşı, dünyanın bir sıra qabaqcıl avtoidman xəbər portallarından, o cümlədən "Motorsport”, "Autosport”, "Racer”, "Racefans”, "Autocar” və "MotorsportWeekly”dən jurnalistlər iştirak ediblər.

Görüşün əvvəlində şirkətin rəhbəri A.Rəhimov yarışa hazırlıq işlərindən danışıb, həmçinin yarış çərçivəsində COVID-19 ilə bağlı görülən təhlükəsizlik tədbirləri barədə jurnalistləri ətraflı şəkildə məlumatlandırıb.

Daha sonra A.Rəhimov builki yarışın tamaşaçısız keçirilməsi, Formula 1 təqviminə daxil olan yeni yarışların Bakı yarışına mümkün təsirləri, Azərbaycan Qran-Prisinin Formula 1 dünya çempionatına verdiyi töhfələr, bu ilin iyun ayında AVRO-2020 çərçivəsində paytaxt Bakıda keçiriləcək futbol oyunlarının Formula 1 Azərbaycan Qran-Prisinə təsirləri və digər aktual məsələlərə dair verilən sualları geniş şəkildə cavablandırıb.

A.Rəhimov müsahibə zamanı deyib: "Ötən ilin dekabrında baş tutmuş Zəfər Paradını nəzərə almasaq, Formula 1 Azərbaycan Qran-Prisi koronavirus pandemiyasının başladığı tarixdən sonra paytaxt Bakının ev sahibliyi etdiyi ilk irimiqyaslı tədbir olacaq. Bakıda bu yay keçiriləcək AVRO-2020 futbol oyunları Formula 1 Azərbaycan Qran-Prisi ilə müqayisədə koronavirusla mübarizə çərçivəsində tamaşaçıların hərəkətinin səmərəli idarəolunması baxımından daha əlverişlidir. Düşünürəm ki, bu səbəbdən sözügedən oyunlarda tamaşaçıların iştirakı nəzərdə tutulur. Bizdə isə eyni yanaşmanın indiki halda tətbiqi praktiki cəhətdən mümkün deyil”.

"Bu il bizim ölkəmiz sayca 5-ci dəfə Formula 1 Azərbaycan Qran-Prisinə ev sahibliyi edəcək. Formula 1 rəhbərliyi (FOM) ilə olan mövcud müqaviləmiz 2024-cü ilə qədər qüvvədədir. Növbəti 3 ildə birlikdə hansı işləri görəcəyimizə dair müzakirələrə hələlik başlamamışıq. Son illər FOM ümumiyyətlə uzunmüddətli müqavilələr imzalamağa müsbət yanaşmır. Yeni rəhbərlik əməkdaşlığı daha çox qısa müddətli müqavilələr çərçivəsində aparmaqda maraqlıdır. Bu yanaşma bizim üçün də sərfəli olandır”, - deyə A.Rəhimov əlavə edib.

BŞH rəsmisi vurğulayıb ki, son vaxtlar müzakirə olunan məsələlərdən biri də koronavirus pandemiyasının davam etdiyi bir dövrdə yarış iştirakçılarının Formula 1 təqvimində yer alan ölkələr arasında fasiləsiz və məhdudiyyətsiz səyahətinin təmin olunmasıdır:

"Bu məqsədlə Türkiyə ilə Azərbaycan Qran-prilərinin yerlərinin dəyişdirilməsi barədə məsələnin gündəmdə olduğundan xəbərdarıq. Bununla bağlı onu deyə bilərəm ki, bu addımın atılması mümkün deyil. Çünki həmin ərəfədə Bakı həm də AVRO-2020-nin oyunlarına ev sahibliyi edəcək. Başqa sözlə, iyunun 12-də Bakı sözügedən çempionat çərçivəsində burada keçiriləcək qarşılaşmaların birincisi üçün iştirakçıları qəbul edəcək. Bu da Azərbaycan Qran-Prisi üçün təklif olunan tarixlə üst-üstə düşür. Belə ki, biz Formula 1 Azərbaycan Qran-Prisini həmişəki vaxtında – iyunun 4-6-da keçirəcəyik”.
 
\Oxu.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım