“Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumunun (Davos Forumu) Bakıda keçirilməsi qlobal miqyasda Azərbaycana verilən böyük önəmin əyani göstəricisidir. Forumun proqramı zəngindir. Bu mötəbər tədbirdə müzakirə edilən məsələlər müasir dövrümüz üçün olduqca vacibdir. AZXEBER.COM-un məlumatına görə, bu sözləri AzərTAc-a müsahibəsində Çinin nüfuzlu Tsinqhua Universitetinin Tuspark Araşdırmalar İnstitutunun dekanı, Tuspark İnkişaf Mərkəzinin direktoru Herber Çen söyləyib.
Herber Çen regionun inkişaf perspektivləri aspektində Bakıda keçirilən bu mötəbər tədbirin bütövlükdə Dünya İqtisadi Forumunun inkişafına yeni məna və çalarlar verəcəyinə əmin olduğunu demişdir.