Fotojurnalist Elxan Kərimovun vəfatının qırx günü tamamlanır
MARAQLI
13:37 24.01.2011
2001
Elxan Kərimov 1948-ci il dekabrın 28-də Bakının Bülbülə kəndində anadan olub. 1971-ci ildən Azərbaycan Pedaqoji Universitetində çıxan “Gənc müəllim” qəzetində fotomüxbir işləyib. 1977-ci ildə Azərbaycan Pedaqoji Universitetini, 1979-cu ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. “Azərbaycan müəllimi”, “Bakı” qəzetləri ilə əməkdaşlıq edib, “Dialoq”, “Tüsiab” jurnallarında çalışıb. 1998-ci ildən “Azadlıq” qəzetində işləyib, daha sonra “Turan” İnformasiya Agentliyinə keçib.
2006-cı ildə “Media açarı” mükafatına, 2009-cu ildə “Zərdabi” mükafatına layiq görülüb.
2010-cu il dekabrın 19-da vəfat edib. Bülbülə kəndində dəfn olunub.