Fransa 6 yeni nüvə reaktoru tikəcək

Fransa 6 yeni nüvə reaktoru tikəcək
DÜNYA
13:37 18.03.2025
328
Fransanın 6 yeni Avropa təzyiqli su reaktoru (EPR) tikməyi planlaşdırdığı açıqlanıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Yelisey Sarayından verilən açıqlamaya görə, 2022-ci ildən etibarən hər il milli nüvə addımlarının müəyyənləşdirilməsi istiqamətində addımlar atan Nüvə Siyasəti Şurası (CPN) dünən dördüncü dəfə toplaşıb.

İclasda artıq atom elektrik stansiyalarının mövcud olduğu Penly, Gravelines və Bugeydə 6 yeni Avropa təzyiqli su reaktorunun tikintisi qərara alınıb. Bildirilib ki, reaktorlardan birincisi 2038-ci ilə qədər istifadəyə veriləcək.

Qeyd olunub ki, yeni nüvə reaktorları "mövcud geosiyasi çərçivədə Fransanın uran suverenliyini təmin etməyə” xidmət edəcək.

Gülay
OXŞAR XƏBƏRLƏR