Fransa da biabır etdi: 'Ermənistan - gələcəyi olmayan ölkədir'

DÜNYA
13:18 16.09.2012
2693
“Nəzarət altında olan iqtisadiyyat, insan hüquqlarına müdaxilə və Azərbaycanla müharibə riski - bütün bunlar hər il on minlərlə ermənini öz ölkəsindən getməyə məcbur edir. Ölkədə qalanlarda isə ümidsizlik hökm sürür. Bütün bunlara baxmayaraq, ölkədə dəyişikliklərə müəyyən mənada ümid verən vətəndaş hərəkatları yaranır”. ANS-in məlumatında Fransanın Slate.fr nəşrində dərc olunan “Ermənistan - gələcəyi olmayan ölkə” yazısında belə deyilir.  Müəllif Rusiyanın miqrasiya xidmətinin qarşısındakı növbədən də yazır. Onun sözlərinə görə, hər gün onlarla adam saatlarda Günəşin altında gözləyir ki, Rusiyada işləmək üçün viza almaqdan ötrü növbə gözləyir. “Atmosfer gərgindir və mühacirət gözləyənlər suallarımıza cavab verməkdən yayınırlar. 1991-ci ildə Ermənistan müstəqilliyini eln edəndən ölkəni milyondan artıq adam tərk edib”. 50 yaşlı Sarkis (ad şərtidir) fransız jurnalistlə söhbətə razılıq verib. Amma bir şərtlə ki, adı açıqlanmayacaq. “Mən Ermənistandan kefimdən getmək istəmirəm. Burda vəziyyət dəhşətlidir. Mən mətbəx qururam və çox az pul qazanıram. Rusiyada ailəmi dolandırmağa yetəcək qədər pul qazana bilərəm”, - Ermənistanı tərk etmək istəyən vətəndaş bildirib.. Ermənistanın Miqrasiya Xidmətinin rəisi Qagik Yeqanyanın sözlərinə görə, 2010-cu ildə ölkəni 28 min 960 nəfər tərk edib. Əgər nəzərə alsan ki, Ermənistanın əhalisinin sayı rəsmən 3,1 milyon nəfər göstərilir, hər bir emiqrant böyük itkidir. Fransız nəşri iddia edir ki, Ermənistanda rəsmi rəqəmlərdə əhalinin sayı şişirdilmiş göstərilir. Əslində, bu ölkənin əhalisinin sayı 3 milyon nəfərdən azdır. Demoqraf və iqtisadçı Ruben Yeqanyan isə BMT-nin tapşırığı ilə demoqrafik problemi araşdırmaqla məşğuldur. Onun proqnozları isə çox qaranlıq gələcəkdən xəbər verir: “Nikbin proqnozlara görə, 50 ildən sonra ölkə əhalisinin sayı 100 000-200 000 nəfər azalacaq. Daha realist ssenariyə görə isə bu rəqəm 500 000-600 000 nəfər təşkil edəcək. Bədbin proqnozlardan isə danışmağa belə dəyməz”. Fransa nəşri Ermənistandakı iqtisadi, sosial və siyasi ölgünlükdən də yazıb. 2008-2010-cu illərdə bu ölkədə 270 min nəfər yoxsulluq həddində olub. Bu, əhalinin 10 faizi deməkdir. Ermənistan hökumətinin üzvlərindən biri etiraf edib ki, işsizlik səviyyəsi 30 faizi ötüb. Rəsmi rəqəmlərdə isə bu göstərici cəmi 6 faiz kimi təqdim olunur. Dünya Bankının proqnozuna görə, 2012-ci ildə Ermənistanda iqtisadi yüksəliş 7 faiz təşkil edəcək. Bu isə müşahidəçilərdə heç bir ümid yaratmır. Beynəlxalq münasibətlər üzrə mütəxəssis Qaidz Minasyanın sözlərinə görə, iqtisadi inkişaf əhalinin həyatına təsir edə biləcək qələr yüksək olmaycaq. Bunun üçün azı 10 faizlik artım qeydə alınmalıdır. Məsələ burasındadır ki, iqtisadiyyat oliqarxların əlindədir, ölkəni korrupsiya və qara bazar idarə edir. Vergi ödəmələri böyük deyil. Fransa nəşri yazır ki, doğuradan da bir ovuc rus və erməni iş adamı ölkə iqtisadiyyatını əlində cəmləşdirib. Yerli istehsalçılar ittifaqının sədri bildirib ki, son 10 il ərzində oliqarxlar 200 milyon dolları gizlədiblər. Bundan başqa, siyasi və iqtisadi elitanın sıx əlaqələri Ermənistanı Transparency International korrupsiya reytinqində 182 ölkə arasında 129-cu yerə gətirib çıxarıb. Slate.fr nəşrinin yazdığına görə ölkədə repressiya hökm sürür. Hakimiyyətin repressiyalarından xilas olmaq üçün 2011-ci ildə 3600 erməni Fransadan sığınacaq istəyib. Fransa nəşri Dağlıq Qarabağ müharibəsindən də yazıb: “Ermənistan Dağlıq Qarabağın (erməni əhalinin üstünlük təşkil etdiyi Azərbaycan ərazisi) kimə məxsus olması məsələsində münaqişədədirlər. 1987-1994-cü illərdə müharibədə azı 20 000 nəfər ölüb. İrəvan və Bakı hələ də sülh müqaviləsi imzalamayıblar və bir-birilərini hər gün atəşkəsi pozmaqda ittiham edirlər. Sentyabrın əvvəllərində Ermənistan prezidenti Serj Sarkisyan müharibə elan etməyə hazır olduqlarını bəyan edib”. “Əhalinin böyük hissəsi doyunca yeyə bilər. Amma onların ümidi yoxdurk i, uşaqları valideynlərindən yaxşı yaşayacaqlar. Gələcəyə olan inam güclü külək qarşısındakı ağac kimi yerlə bir olur”, - demoqraf və iqtisadçı Ruben Yeqanyan deyir. Yerevan akvaparkında işləyən 24 yaşlı Lilitin dedikləri isə əhalidəki fatalizmin bariz nümunəsidir: “Mən ölkəmə nifrət edirəm. Bizim rəhbərlik yalnız öz kisəsini doldurmağın qayğısına qalır. Mən uşaqlarımın burada böyüməsini istəmirəm. Onların Ermənistanda gələcəyi yoxdur”. Qadın Avropaya köçmək arzusundadır. Lakin bunun üçün viza ala bilmir. Ona görə də ərinin ilin bir neçə ayını işlədiyi Rusiyaya uz tutmalı olacaq. Ermənistanda doğum səviyyəsinin enməsi də gələcəyə inamsızlığın mənzərəsidir. Əgər SSRİ-nin süqutu dövründə hər qadına 2,5 uşaq düşürdüsə, indi bu rəqəm cəmi 1,7 təşkil edir. “Fəlakət ondadır ki, bizim gənclər üç, hətta dörd uşaq istəyir. Lakin iqtisadi vəziyyət üzündən bir, ən yaxşı halda iki uşaqla kifayətlənməli olurlar”, - demoqraf Ruben Yeqanyan deyir.

OXŞAR XƏBƏRLƏR