Fransa da İrandakı səfirini geri çağırdı

Fransa da İrandakı səfirini geri çağırdı
Bütün Xəbərlər
01:59 01.12.2011
1082

Rəsmi Paris İrana qarşı sanksiyaların sərtləşdirilməsini təklif edəcək

Almaniyanın ardınca Fransa da Tehranda Böyük Britaniya səfirliyinə hücuma cavab addımı kimi İrandakı səfirini geri çağırıb. Məlumatı Reuters agentliyi yayıb.“Vyana konfensiyasının müddəalarının kobud şəkildə pozulmasını nəzərə alaraq, Fransa hökuməti öz səfimrini məsləhətləşmələr üçün geri çağırmaq barədə qərar qəbul edib”, - Fransa XİN-in nümayəndəsi Bernar Valero bildirib. O, qeyd edib ki, Fransa Avropa Birliyi ölkələri maliyyə nazirlərinin dekabrın 2-də keçiriləcək toplantısında İrana qarşı sanksiyaların daha da gücləndirilməsi təklifi ilə çıxış etməyi planlaşdırır. “Biz İran hakimiyyətinin məsuliyyətsiz davranışının nəticələrini müzakirə edəcəyik”, - fransalı diplomat deyib.Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Gido Vestervellenin qərarı ilə bu ölkənin İrandakı səfiri məsləhətləşmələr üçün berlinə çağırılıb. İtaliya hakimiyyəti də analoji addımı müzakirə edir.
OXŞAR XƏBƏRLƏR