Fransa İrana qarşı təzyiqləri artırır - Avropa müharibəyə qoşulacaq?

Fransa İrana qarşı təzyiqləri artırır - Avropa müharibəyə qoşulacaq?
SİYASƏT
17:29 18.11.2026
60
"İran xalqına qarşı repressiyalarda iştirak edən şəxslərə sanksiyalar tətbiq etmişik və etməyə davam edəcəyik. Yeni sanksiyalar paketi İran xalqına qarşı repressiyalara görə məsuliyyət daşıyan qurumları, xüsusilə də İran İslam Respublikasının məhkəmə sistemini hədəf alacaq”.

Bunu Fransa xarici işlər naziri Jan-Noel Barro deyib. "Yanvar ayında İranda keçirilən etiraz aksiyaları zamanı öldürülənlər arasında uşaqlar, qadınlar və kişilər də olub. ABŞ və İsrailin İrana qarşı müharibəsi və Hörmüz boğazının bağlanması İran rejiminin öz xalqına qarşı həyata keçirdiyi repressiyaları unutmağımıza səbəb olmamalıdır”, - o bildirib.
Fransanın xarici işlər naziri qeyd edib ki, İran rejiminin öz xalqına qarşı törətdiyi cinayətlərin cəzasız qalmasına imkan verməyəcəklər.
Jan-Noel Barro BMT Baş Assambleyasında İranda insan hüquqlarının vəziyyəti ilə bağlı qətnamənin qəbul edilməsinə də çağırıb: "Elə bu gün BMT Baş Assambleyasında İranda insan hüquqlarının vəziyyəti ilə bağlı qətnamə qəbul etməli və bu qətnamə əsasında İran xalqına qarşı törədilmiş cinayətləri insanlıq əleyhinə cinayətlər kimi tanımalıyıq”.

Nazir 2026-cı ilin yanvar ayında İranda keçirilən etiraz aksiyaları zamanı qadınların, kişilərin və uşaqların öldürülməsinə toxunaraq, Fransanın İran xalqının azadlıq uğrunda mübarizəsinə dəstəyini vurğulayıb.

Həmçinin Fransanın İranda vətəndaş cəmiyyətini, gəncləri, tələbələri və insan hüquqları müdafiəçilərini dəstəklədiyini söyləyib.
Xarici işlər naziri İran xalqının mübarizəsini "cəsarətli və ləyaqət dolu” adlandıraraq əlavə edib: "Ədalət olmadan sülh, həqiqət olmadan isə ədalət mümkün deyil”.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Avropa ölkələri İrana münasibətdə təzyiq siyasətini yalnız nüvə proqramı və regional təhlükəsizlik məsələləri ilə məhdudlaşdırmaq niyyətində deyil:

"Artıq insan hüquqlarının pozulması, etiraz aksiyalarının zorakılıqla yatırılması və məhkəmə sisteminin repressiv mexanizm kimi istifadə olunması da sanksiya siyasətinin əsas istiqamətlərindən birinə çevrilir. Xüsusilə İranın məhkəmə sisteminin hədəfə alınması təsadüfi deyil. Çünki siyasi fəallara qarşı məhkəmə qərarları, ağır cəzalar və hüquqi təqiblər beynəlxalq ictimaiyyətin ciddi narahatlığına səbəb olur. Fransanın bu mövqeyi həm də Avropanın İran hakimiyyətinə siyasi mesajıdır: regionda hərbi qarşıdurmanın mövcudluğu ölkə daxilində insan hüquqlarının pozulmasına göz yumulacağı anlamına gəlmir. Hesab edirəm ki, qarşıdakı dövrdə Avropa İttifaqı çərçivəsində İran rəsmilərinə, təhlükəsizlik strukturlarına və məhkəmə orqanlarının nümayəndələrinə qarşı əlavə fərdi və institusional sanksiyaların gündəmə gəlməsi mümkündür”.

Politoloq əlavə edib ki, Avropa ölkələrinin ABŞ və İran arasında hərbi qarşıdurmaya birbaşa qoşulması məsələsinə gəldikdə isə burada siyasi dəstəklə hərbi iştirak arasında fərq qoymaq lazımdır:

"Fransa, Almaniya və Böyük Britaniya İranın nüvə fəaliyyətindən və regional siyasətindən narahat olsalar da, genişmiqyaslı müharibənin Avropanın enerji təhlükəsizliyinə, iqtisadiyyatına və daxili sabitliyinə ciddi zərbə vuracağını anlayırlar. Xüsusilə Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılması Avropa dövlətlərini daha fəal təhlükəsizlik tədbirləri görməyə sövq edə bilər. Lakin bu, onların avtomatik olaraq ABŞ-ın İrana qarşı hücum əməliyyatlarına qoşulacağı demək deyil. Avropa ölkələrinin ilkin mərhələdə diplomatik təzyiqi artırması, sanksiyaları genişləndirməsi və dəniz yollarının təhlükəsizliyinin təmin olunmasına yönəlmiş müdafiə tədbirlərində iştirak etməsi daha real görünür. Bununla belə, Avropa dövlətlərinin hərbi qüvvələri və ya strateji obyektləri birbaşa hədəfə alınarsa, onların mövqeyi dəyişə bilər. Ümumilikdə, Avropanın əsas marağı İranın hərbi və siyasi imkanlarını məhdudlaşdırmaqla yanaşı, qarşıdurmanın daha geniş regional müharibəyə çevrilməsinin qarşısını almaqdır”.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: TRIPP-in texniki parametrlərinin Azərbaycanla razılaşdırılması fikri ilə razıyam
17:35 18.11.2026
Paşinyan: TRIPP-in texniki parametrlərinin Azərbaycanla razılaşdırılması fikri ilə razıyam
Fransa İrana qarşı təzyiqləri artırır - Avropa müharibəyə qoşulacaq?
17:29 18.11.2026
Fransa İrana qarşı təzyiqləri artırır - Avropa müharibəyə qoşulacaq?
26 ildə dövlət qulluğuna edilən dəyişikliklər: Hansı yeniliklər olub?
17:16 18.11.2026
26 ildə dövlət qulluğuna edilən dəyişikliklər: Hansı yeniliklər olub?
Dənizdə batan gənc Aviasiya Akademiyasının tələbəsi imiş
17:12 18.11.2026
Dənizdə batan gənc Aviasiya Akademiyasının tələbəsi imiş
Bu qurumun direktoru 6 min manat maaş alır - Tam siyahı
17:02 18.11.2026
Bu qurumun direktoru 6 min manat maaş alır - Tam siyahı
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:55 18.11.2026
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Birbank-ın “Böl-ödə” krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün
16:53 18.11.2026
Birbank-ın “Böl-ödə” krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi
16:51 18.11.2026
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi
Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi
16:39 18.11.2026
Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər - VİDEO
16:29 18.11.2026
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər - VİDEO
Dövlət komitələrinin neçə müavini var? – Ən çox müavin bu komitədədir
16:05 18.11.2026
Dövlət komitələrinin neçə müavini var? – Ən çox müavin bu komitədədir
Saatlıq əməkhaqqı sərfəlidirmi? – VİDEOSORĞU
16:04 18.11.2026
Saatlıq əməkhaqqı sərfəlidirmi? – VİDEOSORĞU
Azərbaycanda peşə təhsili alanların sayı artıb
15:36 18.11.2026
Azərbaycanda peşə təhsili alanların sayı artıb
Nəqliyyat vasitələrindən oğurluq edən şəxs saxlanıldı
15:34 18.11.2026
Nəqliyyat vasitələrindən oğurluq edən şəxs saxlanıldı
Bakının bu ərazilərində avtomobil sürmək pullu olacaq - Siyahı açıqlandı
15:32 18.11.2026
Bakının bu ərazilərində avtomobil sürmək pullu olacaq - Siyahı açıqlandı
Sabunçuda evlərdən oğurluq edənlər saxlanıldı
15:16 18.11.2026
Sabunçuda evlərdən oğurluq edənlər saxlanıldı