Fransa mətbuatı Azərbaycanın birinci xanımından yazıb

Bütün Xəbərlər
07:23 05.03.2011
1947

Yazının əvvəlində qeyd olunur ki, Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ilə əlaqədar Parisin möhtəşəm Gavo zalında keçirilən mərasimdə birinci xanım Mehriban Əliyeva iştirakçılara öz gözəl ölkəsinə sehirli mədəni səyahət bəxş edib. Bir ölkəni, onun mədəniyyətini kəşf etmək həmişə insanda yaxşı ovqat yaradır. Fevralın 17-də döşəmədən tavana qədər bəzədilmiş Gavo zalı əsl sarayı xatırladırdı. "Son dərəcə ağıl və nəzakət nümayiş etdirən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva öz çıxışı ilə biz fransızları heyran qoydu. O, qonaqlara Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20 illiyi barədə iftixar hissi ilə geniş məlumat verdi. Mərasim iştirakçıları Azərbaycanı xəyalən də olsa, kəşf etdilər". 
Yazının sonunda qeyd olunub ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu təşkil olunmuş belə maraqlı gecə ilə iftixar hissi keçirə bilər. Fransızlar və digər qonaqlar düşüncələrində tezliklə bu ecazkar ölkəyə səfər etmək, onun mədəniyyəti ilə yaxından tanışlıq fikri ilə sehirli gecəni - yaddaşlarda əbədi iz salan gecəni tərk ediblər.

 

OXŞAR XƏBƏRLƏR