Fransa mediasının Azərbaycana qarşı qarayaxma kampaniyası ilə bağlı AÇIQLAMA

Fransa mediasının Azərbaycana qarşı qarayaxma kampaniyası ilə bağlı AÇIQLAMA
SOSİAL
22:19 12.06.2026
1074
Fransanın gündəlik həyatı üçün xarakterik olan bir kriminal hadisə ilə bağlı bu ölkənin bəzi mətbuat orqanları birtərəfli, yönləndirici, ictimai rəyi çaşdıran və Azərbaycanın beynəlxalq imicini korlamağı hədəfləyən materiallar paylaşmaqdadırlar.

AZXEBER.COM xəbər verir ki, bu fikirlər Medianın İnkişafı Agentliyinin açıqlamasında yer alıb.

Bildirilib ki, adi kriminal hadisəyə dair məhkəmədən əvvəl və sonra klassik manipulyasiyaya əl atılması və məhkəmə prosesi ətrafında teatral effektlərlə ajiotaj yaradılması, baş verənlərin siyasi sifariş kontekstində idarə olunduğunu aydın nümayiş etdirir.

"Fransanın bəzi media qurumlarının kriminal hadisəni qərəzli formada siyasiləşdirməyə və Azərbaycan dövlətinin bəzi rəsmi şəxslərinin adlarının hallandırılmasına yönəlmiş uğursuz cəhdləri ölkəmizə qarşı aparılan sistemli qarayaxma kampaniyasının tərkib hissəsidir.

Azərbaycana münasibətdə "qara piar” kampaniyası üzrə ixtisaslaşmış və Fransada dövlət dairələrinə yaxınlığı ilə seçilən "Revue21”, "TV5 Monde”, "Le Figaro”, "Le Monde” kimi media subyektlərinin mövzuya xüsusi "həssaslıq" nümayiş etdirməsinin arxasında ölkəmizin beynəlxalq nüfuzundan qorxuya düşən dairələrin məkrli ambisiyalarının dayandığı şübhəsizdir.

Adıçəkilən media qurumları jurnalistikanın hamı tərəfindən qəbul edilən beynəlxalq etik dəyərlərini bilərəkdən və kobudcasına pozmaqla, sifarişli siyasi kampaniyanın aləti olduqlarını bir daha təsdiqləmiş olurlar.

Cinayət fərdi məsuliyyət doğuran əməl olduğu halda, özünü demokratik adlandıran bir dövlətin cinayətkarın hərəkətindən daha çox onun milli mənsubiyyətini qabartması hüququn aliliyindən deyil, stereotiplərin və ayrı-seçkiliyin təşviqindən xəbər verir.

Manipulyasiya edilmiş məlumatları əsas götürərək Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı başladığı qarayaxma kampaniyasını hədəfli propaqanda elementi kimi dəyərləndirir, media peşəkarlığı prinsipləri ilə bir araya sığmayan bu kimi halları qəti şəkildə pisləyirik”, - deyə açıqlamada qeyd olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ağcabədidə maşınlar toqquşdu, 2 qardaş öldü
20:07 26.09.2026
Ağcabədidə maşınlar toqquşdu, 2 qardaş öldü
Prezidentin sosial media hesablarında "Formula-1"ə dair videoçarx paylaşılıb - VİDEO
19:48 26.09.2026
Prezidentin sosial media hesablarında "Formula-1"ə dair videoçarx paylaşılıb - VİDEO
Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları
19:26 26.09.2026
Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları
Bakıda kişi qızının evə taksi ilə gəldiyini görüb arvadını döydü
19:16 26.09.2026
Bakıda kişi qızının evə taksi ilə gəldiyini görüb arvadını döydü
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
19:03 26.09.2026
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Kəngərlidə ağır qəza, avtomobil aşıb, ölən var
18:56 26.09.2026
Kəngərlidə ağır qəza, avtomobil aşıb, ölən var
Tramp Kuba ilə bağlı hərbi müdaxiləyə ehtiyac olmayacağını bildirib
18:52 26.09.2026
Tramp Kuba ilə bağlı hərbi müdaxiləyə ehtiyac olmayacağını bildirib
Mirzoyan Araqçi ilə görüşdü
18:40 26.09.2026
Mirzoyan Araqçi ilə görüşdü
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
18:32 26.09.2026
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Etna vulkanının külü Kataniya hava limanında uçuşların dayandırılmasına səbəb olub
18:26 26.09.2026
Etna vulkanının külü Kataniya hava limanında uçuşların dayandırılmasına səbəb olub
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var
18:20 26.09.2026
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var
Media və Yayım Şurası: Türkiyə mediasında Azərbaycana qarşı əsassız və qərəzli iddialar kütləvi hal alıb
18:12 26.09.2026
Media və Yayım Şurası: Türkiyə mediasında Azərbaycana qarşı əsassız və qərəzli iddialar kütləvi hal alıb
İranın danışıqlar üçün texniki heyətinin Nyu-Yorka səfər etməsi xəbəri təkzib edilib
18:06 26.09.2026
İranın danışıqlar üçün texniki heyətinin Nyu-Yorka səfər etməsi xəbəri təkzib edilib
Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər - Bill Qeyts
17:59 26.09.2026
Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər - Bill Qeyts
İsak Hacar: Bakıdakı podiumdan çox məmnunam
17:52 26.09.2026
İsak Hacar: Bakıdakı podiumdan çox məmnunam
İran Ali Milli Təhlükəsizlik Şurası: Hava məhdudiyyətlərinin aradan qaldırılması üzrə danışıqlar davam edir
17:48 26.09.2026
İran Ali Milli Təhlükəsizlik Şurası: Hava məhdudiyyətlərinin aradan qaldırılması üzrə danışıqlar davam edir