Fransa müxalifəti “soyqırımı” haqqında qanun layihəsini dəstəkləməkdən imtina etdi
Bütün Xəbərlər
18:08 14.01.2012
1272
Fransanın müxalifət partiyalarından olan Sosialist partiyası Senatda qondarma “erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında” qanun layihəsinin əleyhinə səs verəcək. AZXEBER.COM-un Anadolu agentliyinə istinadən xəbər verir ki, Senatda Sosialist partiyasını təmsil edən 16 senator qanunvericilik orqanın bu cür işlərə qarışaraq üzərinə böyük məsuliyyət götürməsinə ehtiyac olmadığını hesab edirlər.