“Fransa pasportumu çırıb atacam”

İDMAN
16:33 29.12.2011
2100
Fransa vətəndaşı olan keçmiş "Beşiktaş"lı futbolçu Paskal Nouma qondarma erməni soyqırımı haqqında qanun layihəsini qəbul edən Fransa Parlamentinə sərt reaksiya verib.
Türkiyənin Posta qəzetinin yaydığı məlumata görə, Nouma çıxışda qanun layihəsi ilə bağlı sualları cavablandırıb. O, artıq Fransaya getmək istəmədiyini deyib. "2003-cü ildən bu yana Türkiyədəyəm. Türkiyə mənim vətənimdir. Bundan əlavə Türkiyə vətəndaşı olmaq üçün müraciət edəcəm. Türkiyə pasportunu alan kimi Fransa pasportumu çırıb atacam".

OXŞAR XƏBƏRLƏR