'Fransa Senatı və Sarkozi Fransa demokratiyasını dəfn etdilər'

Bütün Xəbərlər
16:54 29.01.2012
1541
Bir qrup azərbaycanlı və türk Fransanın Riqadakı səfirliyinin önünə dəfn əklili qoyublar. AZXEBER.COM Azertac-a istinadən xəbər verir ki, əklilin yanında fransızca üzərində “Fransa Senatı və Sarkozi Fransa demokratiyasını dəfn etdilər” sözləri yazılmış lövhə olub. Əklil Fransa Senatının bu yaxınlarda qəbul etdiyi qondarma “erməni soyqırımı”nı inkar edənlərə cəza verilməsini nəzərdə tutan qanuna etiraz əlaməti olaraq qoyulub. Etiraz tədbirinin təşkilatçıları belə hesab edirlər ki, bu qanun həm də söz və fikir azadlığına qarşı yönəlmiş qərardır.
OXŞAR XƏBƏRLƏR