xari

Fransa XİN-dən senatın qalmaqallı qərarına münasibət: “Heç kimə fayda verməyəcək”

SİYASƏT
22:41 25.11.2020
869

Fransa XİN senatın Dağlıq Qarabağla bağlı qalmaqallı qərarına münasibət bildirib.

TASS-ın məlumatına görə,  bu barədə Fransa Xarici İşlər Nazirliyi yanında dövlət katibi Jan-Batist Lemuan danışıb.

O, bildirib ki, Qarabağın təktərəfli qaydada tanınması heç kimə fayda verməyəcək və vasitəçilik səylərinə xidmət etməyəcək. Dövlət katibi bildirib ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədridir və 9 noyabrda tərəflərin atəşkəslə bağlı razılaşmasının yerinə yetirilməsi mövqeyindən çıxış edir.

Xatırladaq ki, Fransa senatında qəbul edilmiş qətnamə tövsiyə xarakteri daşıyır və hökumət tərəfindən yerinə yetirilməsi mütləq deyil.

OXŞAR XƏBƏRLƏR