Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək

Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
DÜNYA
19:36 29.07.2025
203
Fransa yaxın günlərdə Qəzzaya havadan humanitar yardım qutuları buraxılmasını həyata keçirəcək.

Bunu Fransadakı diplomatik mənbələr açıqlayıb.

Sözügedən addımın atılmasına BMT ekspertlərinin bölgədəki vəziyyətin mürəkkəbliyi barədəki rəyindən sonra qərar verilib.

Qeyd edək ki, qurumun Ərzaq Proqramının mütəxəssisləri Qəzza zolağında ərzaq çatışmazlığının tüğyan etdiyi ilə bağlı həyəcan təbili çalıb.
 
///apa
OXŞAR XƏBƏRLƏR