Fransada 21 min adam işıqsız qaldı

Fransada 21 min adam işıqsız qaldı
Bütün Xəbərlər
11:00 06.01.2012
1451
Təbiətin şıltaqlığı Fransanın bəzi departamentlərində ciddi problemlər yaradıb. Yanvarın 4-dən ara vermədən saatda 120 kilometr sürətlə əsən güclü küləklər ölkənin Nord və Pas-de Kalais departamentlərinə böyük ziyan vurub. AZXEBER.COM Azərtac-ın Fransa bürosuna istinadən xəbər verir ki, güclü küləklər bəzi evlərin damındakı dəmir təbəqə və kirəmiti qoparıb, ağacları yıxıb, elektrik xətlərini sıradan çıxarıb. Nəticədə 21 min mənzil iki gün işıqsız qalıb.
 Təbiətin vurduğu zərəri aradan qaldırmaq üçün hadisə yerinə 300-dən artıq xilasedici dəstə göndərilib.
OXŞAR XƏBƏRLƏR