Fransada anomal istilər yanğınlara səbəb oldu - 5 bölgədə həyəcan siqnalı verildi

Fransada anomal istilər yanğınlara səbəb oldu - 5 bölgədə həyəcan siqnalı verildi
DÜNYA
13:36 28.07.2025
126
Avropaya təsir edən istilər Fransada ciddi fəsadlar törədib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, xüsusilə ölkənin cənub bölgələrində temperaturun artması ilə meşə yanğınları genişlənir.
 
İyulun 26-dan bəri təxminən 660 hektar meşə sahəsi külə dönüb.
  
Yanğının söndürülməsinə 18 yanğınsöndürən maşını və 630-dan çox yanğınsöndürən cəlb olunub.

Fransanın Alper-Maritimes bölgəsindəki Caussols yaxınlığında dünən gecə başlayan yanğın da aradan qaldırılıb.
 
20 yanğınsöndürən maşını və 50-dən çox yanğınsöndürən alovla mübarizə apararaq 8 hektar meşə sahəsini məhv edib.
 
Bundan əlavə, ölkənin cənub bölgəsində yerləşən Marseldə dünən səhər saatlarında baş verən yanğın yanğınsöndürənlər tərəfindən havadan və yerdən nəzarət altına alınıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR